Dərc edilib: 06-02-2017

https://www.nuh.az/9514-.html

Dəyanət Rzayevin anasından açıqlama: psixoloq intihar edib?

06.02.2017 15:22:32

LIVE

Xəbər verdiyimiz kimi, tanınmış psixoloq Dəyanət Rzayev bir müddət öncə özünü yaşadığı evdə kəmərlə asaraq, intihar edib.

Psixoloqun cəsədini onun yaşadığı evdə anası Şərqiyyə Rzayeva aşkarlayıb. 
O, modern.az-a açıqlamasında hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparıldığını bildirib: “Bizə heç bir məlumat verilmir. Bildirirlər ki, araşdırmalar davam edir”.
Şərqiyyə Rzayeva araşdırma nəticələrinin nə vaxt açıqlanacağı barədə də məlumatsız olduğunu deyib: “Heç nə deyilmir. İntihardır, qəsddir bilmirəm”.
Xatırladaq ki, D.Rzayev intihardan öncə məktub yazıb. O, məktubunda intiharında heç kimin günahı olmadığını, bunun "özünün şəxsi qərarı olduğunu” qeyd edib.

 

   NUH.az

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib