Dərc edilib: 08-02-2017

https://www.nuh.az/9533-.html

Lapşin DTX-nın İstintaq Təcridxanasına yerləşdirildi

08.02.2017 13:09:24

Maraqlı

Minskdən xüsusi reyslə Bakıya gətirilən blogger Aleksandr Lapşin aeroportdan Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Təcridxanasına aparılıb.

Virtualaz.org RİA Novosti-yə istinadən bildirir ki, bunu Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov deyib.

Xatırladaq ki, fevralın 7-də gündüz Belarus Ali Məhkəməsi Rusiya və İsrail vətəndaşlığına malik olan blogger Aleksandr Lapşinin Azərbaycana verilməsi haqqında respublika Baş Prokurorluğunun qərarını qüvvədə saxlamışdı.

Axşam isə blogger Azərbaycandan Minskə uçmuş operativ-istintaq qrupu tərəfindən Bakıya gətirilib.

 

 

   NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib