Dərc edilib: 09-02-2017

https://www.nuh.az/9542-.html

Prezident Milli Qəhrəmanın ailə üzvləri ilə görüşdü

09.02.2017 17:18:12

Cəmiyyət

Prezident İlham Əliyev bu gün Milli Qəhrəman Çingiz Qurbanovun ailə üzvləri ilə görüşüb. Qaynarinfo.Az xəbər verir ki, dövlət başçısı "Azərbaycanın Milli Qəhrəmanı" medalını şəhidin atası Salman Qurbanova təqdim edib.

Qeyd edək ki, iki gün öncə İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə əsgər Çingiz Salman oğlu Qurbanova “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi barədə sərəncam (ölümündən sonra) imzalayıb.

Çingiz Qurbanov ötən il dekabrın 29-da Azərbaycanın dövlət sərhədini pozmağa cəhd göstərən Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən şəhid olub. Onun nəşi fevralın 5-də qarşı tərəfdən alınıb və bir gün sonra doğulduğu Qusar rayonunda dəfn edilib.

 

 

 NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib