Dərc edilib: 09-02-2017

https://www.nuh.az/9544-.html

Atom Elektrik Stansiyası partladı

09.02.2017 17:32:18

Dünya

Fransanın Flamanvil Atom Elektrik Stansiyasında partlayış baş verib. 

İistipress   xəbər verir ki, hadisə ölkənin şimal-qərbində qeydə alınıb. Partlayışdan sonra radioaktiv sızıntı təhlükəsinin olmadığını bildirilib.
Mətbuatda yayılan məlumata görə, bir neçə nəfərin yaralanması ehtimalı var. 
Partlayışdan sonra yanğın başlayıb, lakin atom reaktorları olan sahəyə yayılmayıb. Hadisə yerinə yanğınsöndürənlər, xilasedicilər və həkimlər göndərilib.
Partlayışdan sonra nüvə reaktorlarından birinin fəaliyyəti dayandırılıb. 
Hadisənin səbəbi bilinmir. 

 

    NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib