Dərc edilib: 10-02-2017

https://www.nuh.az/9557-.html

Metroda mərmərlər dəyişdirilir

10.02.2017 14:28:15

LIVE

Metronun “Xalqlar dostluğu” stansiyası təmir olunur.

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev cebhe.info-ya açıqlamasında bu haqda danışıb.
O bildirib ki, ötən gündən etibarən metronun "Xalqlar dostluğu" stansiyasının hər iki keçidində təmirə başlayıb: “Təmir prosesində keçidin divar və döşəmələrdəki mərmər üzlükləri dəyişdiriləcək. Keçiddəki bütün kommunikasiya xətləri də yenilənəcək". 
Metropoliten rəsmisinini sözlərinə görə, təmir 2-3 ay davam edəcək. Bu isə sərnişinlərin gediş-gəlişinə mane olmayacaq. 

 

  NUH.az 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib