Dərc edilib: 11-02-2017

https://www.nuh.az/9570-.html

Xakerlər “DəmirBank”dan 3 milyon dollar oğurladı

11.02.2017 20:19:52

İqtisadiyyat

“DəmirBank”dan 3 milyon dollar oğurlanıb. Bu barədə fins.az bank mənbələrindən məlumat əldə edib.

Məlumatlara görə, bu həcmdə vəsait ayrı-ayrı hesablardan yoxa çıxıb. Belə ki, bank hesablarını araşdırarkən külli miqdarda vəsaitin müəmmalı şəkildə silindiyi aşkarlanıb. Dərhal araşdırmalara başlanılıb və məlum olub ki, vəsaitlər xakkerlər tərəfindən oğurlanıb. Hazırda bununla bağlı bankda araşdırmalar aparılır.
Sayt faktla bağlı “DəmirBank”ın Marketinq direktoru Anar Bayramovla əlaqə saxlayıb. O, bununla bağlı informasiyaya malik olmadığını bildirib.

 

  NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib