Dərc edilib: 11-02-2017

https://www.nuh.az/9572-.html

Azərbaycanda yüksək vəzifəli məmur işdən çıxdı - FOTO

11.02.2017 20:33:47

Hadisə

Xətai rayon İcra Hakimiyyəti başçısının müavini Zaməddin Əkbərov işdən azad olunub.

Bu barədə Z.Əkbərov istipress-ə bildirib. 

Onun sözlərinə görə, işdən öz ərizəsi ilə çıxıb. İşdən çıxma səbəbi haqqında isə məlumat verməyib. Z.Əkbərov onu kimin əvəz edəcəyini bilmədiyini söyləyib.

Qeyd edək ki, Zaməddin Əkbərov 2016-cı ildə Xətai rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsində çalışmağa başlayıb. O, bu vəzifədən əvvəl Ərazi idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri işləyib. 

 

 

  NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib