Dərc edilib: 12-02-2017

https://www.nuh.az/9576-.html

Tarixin hələ də açlımamış 5 qaranlıq müəmması - FOTOLAR

12.02.2017 14:13:15

Maraqlı

İnsan oğlu bu gün kompüter əsrində yaşasa belə, Ayı, Günəşi, ümumilikdə qalaktikanı öyrənməyə, sirrini açmağa çalışda da indiyədək üstü açılmamış bir çox tarixi sirrlər qarşısında acizdir. 

Əsrlər, qərinələr keçməsinə, müxtəlif istiqamətlərdə araşdırmalar aparılmasına baxmayaraq həmin sirrlər hələ də müəmma olaraq qalmaqdadır. 

Moderator.az-ın təqdim etdiyi bu yazıda üzərində müəmma pərdəsi daşıyan 5 sirr haqqında məlumat əldə edəcəksiniz.

 

Turin kəfəni 

430 sm uzunluğu və 110 sm eni olan böyük bir kətan parçadır. Üzərində, qarşısında və arxasında isə çarmıxa çəkilərək ölən insan silueti əks olunub. Kəfənin dəqiq mənşəsi və təsvirin əmələ gəlməsi məlum deyil. Turindəki Vaftizçi İoann Kilsəsində saxlanılan  kəfəndə çarmıxa çəkilmiş İsa Məsihanın təsvirinin qaldığı iddia olunur. Müəyyən dövrlərdə kəfənlə bağlı ətraflı elmi araşdırmalar aparılıb, müxtəlif mülahizələr irəli sürülüb. Məsələn, kəfənin üzərindəkə fırça izləri olmadan çəkilmiş şəklin ancaq boyadan istifadə edərək çəkildiyi iddia olunub. Və ya  bunun çürüməkdə olan insan bədənindən çıxan qazların yaratdığı “buğuqraf” olduğu qeyd edilib. Bəziləri isə bunun cəsədin təbii izi olduğunu sübut etməyə çalışıb.  Bütün iddialara və təcrübələrə baxmayaraq, Turin kəfəni ilə bağlı aparılan bütün təhlillər nəticəsiz qalıb. Elm bu sirri hələ də açıqlaya bilməyib.

 

Naska təsvirləri 


 

Cənubi Amerikada, And dağlarının ətəklərində, Perunun cənubunda, Sakit okeanın 50 kilometrliyində Naska yaylası yerləşir. Heç bir həyat əlaməti olmayan bu səhra Yer kürəsinin ən müəmmalı yerlərindən biridir. Yaylada çoxlu sayda məzar  təpələri var.  Təpəyə qalxanda Nasko yaylası   sakinlərinin ən böyük müəmması olan nəhəng rəsmlər görünür. Yerin səthindəki xırda qırmızı  daşları yerindən tərpədəndə, onların altında açıq rəngli qumun və gilin olduğu görünür. Yaylada bu günə qədər məlum olan 13 mindən çox  xətt və fiqur mövcuddur. Külək min il ərzində onları təmizləyərək  daha qabarıq edib. Səmadan baxanda bütün səhra boyu xətlər çəkildiyi görünür. Sanki nəhəng bir adam yaylanın üzərində albom vərəqində olduğu kimi  şəkillər çəkib.  Uçuş zolağı kimi  düz və uzun xətlər, həndəsi fiqurlar, yarpaqlar, budaqlar, heyvan və quş təsvirləri, möhkəm spiral və ziqzaqlar, şəkillər heç bir yerdə qırılmayan xətlərlə çəkilib.  XX əsrdə Naska  xətləri ilə arxeoloqlar maraqlanmağa başlayıblar.  Əvvəlcə bu xətlərə çox da əhəmiyyət verməyiblər. Belə qərara gəliblər ki,  bunlar qədim suvarma kanalları və ya müqəddəs yerlərə aparan  yollardır. Lakin tezliklə  görüblər ki, Günəş  bu xətlərdən birinin  oxu boyu qürub edir, “kolibri”nin  burnu  yay gecə-gündüz bərabərliyində  Günəşin doğduğu  yeri göstərir. Onda qərara gəlirlər ki,  bu qədim təqvimdir, hərçənd  xətlərin çox cüzi hissəsini ulduzlu səma ilə tutuşdurmaq mümkün olur. Bəzi alimlər hesab edirlər ki, xətlər yeraltı çayların xəritəsidir.  Naska xətlərinin sirri hələ də açılmayıb.

 

Piri Rəis xəritəsi 

Xəritə 1929-ci ildə Topqapı Sarayının muzeyə çevrilməsi zamanı aşkarlanıb. Piri Rəis xəritəni 1513-ci ildə çəkib. Xəritədə Avropa və Afrikanın qərb sahilləri, Atlantik okeanının, Cənubi Amerikanın şərq sahilləri, Arktika və Avstraliya göstərilir. Avstraliya qitəsinin göstərildiyi ən köhnə xəritələrdən biridir. Xəritə portolan üslubunda çəkilib, yəni sahillər və limanlara dair məlumatlar var. Aralarında Kolomba aid bir xəritənin da olduğu iyirmi mənbə toplanaraq hazırlanıb. Piri Rəis xəritəsinin  ən maraqlı cəhəti Piri Rəisin qitələr üzərində uçuş etmədən, ölçmə işləri aparmadan qitələr arası məsafələri düzgün hesablaması  və sahil zolağını demək olar ki, səhvsiz verməsidir. Həmçinin qeyd etmək lazımdır ki, xəritənin çəkildiyi dövrdə Arktika rəsmi olaraq kəşf edilməmişdi.

 

Voyniç əlyazması


 

 

Voyniç əlyazması məlum olmayan dildə və əlifbada yazılmış, sirli bir kitabdır. Kitabda istifadə olunan əlifbanın oxumaq yönündə dilçilər uzun müddət çalışmalar aparsalarda, kitabda yazılanları oxumaq bu günə qədər mümkün olmamışdır. Kitabın 1450-ci illə 1520-ci illər arasında yazıldığı ehtimal edilir. Kitabın eni 15 uzunluğu isə 22 smdir. Səhifələrinin sayı 240 olsa da, 30-a yaxın səhifənin cırıldığı məlumdur. Kitabın adının Voyniç adlandırılmasının səbəbi, 1812-ci ildə kitabı köhnə bukinistdən almış Vilfred Voyniçin adı ilə bağlıdır. XX əsrin ortalarında, kitabın Voynic tərəfindən yazıldığı iddia olunurdu. Ancaq aparılmış laboratoriya araşdırmaları kitabın ən azı XVI əsrə aid olduğunu sübut edib. 

Voyniç kitabında diqqəti cəlb edən ən önəmli məsələlərdən biridə, kitabda çəkilmiş şəkillərdir. Şəkillərdə ulduzlar, bitkilər və çılpaq qadınlar təsvir olunub. Şəkillərə əsasən, kitabın astronomiya sahəsində yazılıdığı və bu səhədə ətraflı məlumatların verildiyi məlum olur. Voyniç əlyazması, yüz ilə yaxındır ki, alimlər tərəfindən öyrənilir. Dilçilər, kriptoqraflar, tarixçilər və digər peşə sahiblərinin birgə apardığı araşdırmalar nəticə verməyib. Kitab bu gün Yel Universitetində qorunur.

 

Bimini Yolu


 

1968-ci ildə J. Manson Valentine Baham adalarından biri olan Bimini adasında  su altında metrlərlə uzunluqda bir yol kəşf edib. Yolun salınma tarixinin təxminən 3500 il olduğu müəyyən edilib. Yolu təşkil edən kiçik düzbucaqlı qayalar səki daşı formasındadır. Bu vəziyyət yolun necə salınmasıyla bağlı fikir ayrılıqlarına səbəb olur. Bir qrup elm adamının apardığı araşdırmalar əsasında bunun təbii bir proses olduğunu iddia olunsa da, bəzi alimlər bunu yetərli hesab etmir və yolun insanlar tərəfindən inşa edildiyini söyləyir.

Bimini Yolu proqnozları ilə şöhrət qazanmış Edqar Caycein 1938-ci ildə itmiş Atlantidadın qalıqlarının Bimini yolu sayəsində kəşf ediləcəyini söyləmişdi. Otuz il sonra keçirilən bu kəşf bəzi adamları Bimini yolunun əfsanəvi Atlantida qitəsinin yolu olduğuna inandırsa da yol haqqındakı mübahisələr hələ də davam edir.

 

  NUH.az

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib