Dərc edilib: 12-02-2017

https://www.nuh.az/9581-.html

VİP Həcc ziyarəti - qiymət insanı şoka salır

12.02.2017 14:37:06

Region

Türkiyənin turizm şirkətlərindən biri həcc ziyarətini həyata keçirmək istəyənlərə şok məbləğ qarşılığında xidmət təklif edib.
İstipress   xəbər verir ki, Amade turizm şirkətinin təklif etdiyi son model lüks avtomobillər və VİP avtobuslarla edilən həcc ziyarətinin qiyməti 15 min dollardan başlayır.
Bundan başqa, şirkət Ərafatda Həcc Nazirliyinin təşkil etdiyi çadırların yerinə 5 ulduzlu, kondisionerli çadırlar da təklif edir.
Burada yeməklərin 5 ulduzlu otellərin aşpazları tərəfindən hazırlandığı bildirilir. Eyni zamanda mənzərəsi Kəbəyə açılan otellər də mövcuddur.

 

  NUH.az

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib