Dərc edilib: 13-02-2017

https://www.nuh.az/9592-.html

Ziya Məmmədov Prezident Aparatına buraxılmadı

13.02.2017 18:50:15

Siyasət

Məlumdur ki,  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması haqqında sərəncam imzalayıb. Bu sərəncama əsasən  Nəqliyyat Nazirliyi ləğv olunub və  artıq  Ziya Məmmədov  nazir vəzifəsini daşımır.

Ziya Məmmədovun   sərəncama münasibəti isə belə olub: "Heç mən özüm də bilmirəm ki nə olacaq". Keçmiş nazirin  çaşqın-pərakəndə və məntiqsiz  cavabından açıq-aşkar hiss olunur ki, sərəncam onun  üçün gözlənilməz olub.    

NUH.az-a bu dəqiqələrdə  daxil olan məlumata görə,  bu gün saat 16-00 radələrində  Ziya Məmmədov Prezident  Adminstarsiyasına  getsə də onu binaya buraxmayıblar. 

 

 

                                   NUH.az 


NUH informasiya agentliyi səhifəsindən çap edilib