Dərc edilib: 14-02-2017

https://www.nuh.az/9603-.html

192 həkimin diplomu saxta çıxdı - İşə Baş Prokurorluq qarışdı

14.02.2017 19:29:47

Hadisə

Səhiyyə Nazirliyi ötən il Azərbaycanda aşkarlanan saxta diplomların sayını açıqlayıb.


Nazirliyin Hüquq və daxili nəzarət sektorundan APA-nın sorğusuna verilən cavabda bildirilib ki, 2016-cı il saxta diplom üzrə – 1 ədəd diplom əsli və 191 nəfərə aid toplanmış materiallar Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilib.

“Səhiyyə Nazirliyinin “Qaynar xətti”nə 762 şikayət daxil olub. Nəticədə 9 nəfər barədə məsuliyyət tədbiri görülüb”, - deyə nazirlikdən bildirilib.

 

 

  NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib