Dərc edilib: 16-02-2017

https://www.nuh.az/9632-.html

İcra başçısının arvadı sürücüsüyə qoşulub ölkədən qaçdı -Azərbaycanda ŞOK

16.02.2017 19:40:23

Cəmiyyət

Azərbaycanda icra başçılarından birinin xanımı ölkədən qaçıb.

 

Bu haqda məlumat verən mənbənin sözlərinə görə, böyük rayonlarımızdan birinin icra başçısının xanımı külli miqdarda (təxminən 150 min manatdan çox) vəsaitlə sürücüsünə qoşulub qaçıb. Bir neçə ay öncə baş verən hadisə ölkə ictimaiyyətindən gizli saxlansa da, həmin rayonda çoxları bundan xəbərdardır. Mənbəmiz həmin icra başçısının, xanımının və sürücüsünün adlarını da təqdim edib, lakin məlum səbəblərdən qeyd etmirik. İcra başçısının xanımının getməsinə səbəb isə deyilənə görə, məmurun şəxsi keyfiyyətlərinin pis olması ilə bağlı olub. Belə ki, həmin icra başçısı ailəsi ilə münasibətlərini normal saxlamırmış: “Onun məmur kimi də reputasiyası yaxşı deyil, haqqında tez-tez neqativ xarakterli yazılar yazılır, iradlar bildirilir. Ailəsində də eyni qaydada narazılıqlar varmış. Sonda xanımı dözməyərək ailəni tərk edib. Çoxları deyir sürücü ilə gedib, lakin belə söz-söhbət də var ki, sürücü xanımın xarici ölkələrdən birinə getməsinə yardım etdiyi üçün qaçıb gizlənib”.(afn.az)

 

  NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib