Dərc edilib: 20-02-2017

https://www.nuh.az/9669-.html

Heydər Əliyevə bu yüksək vəzifəni vermək istəyirlərmiş - Sensassion açıqlama

20.02.2017 16:52:46

Maraqlı

1982-ci ildə vəfat edən SSRİ-nin birinci katibi Yuri Andropovun köməkçisi olan Yuri Solodinin oğlu Oleq Solodin Heydər Əliyevlə bağlı maraqlı açıqlamalar verib.
Publika.az   xəbər verir ki, O.Solodin Andropovun SSRİ-nin başına Heydər Əliyevi gətirmək istədiyini açıqlayıb.
“Atam Heydər Əliyevin ən önəmli Sovet liderlərindən biri olduğunu deyirdi. Hörmətli şəxsiyyət idi. Andropov Qorbaçovu yox, Əliyevi xələfi olaraq görürdü. Andropov Heydər Əliyevi SSRİ-nin Baş naziri postuna gətirməyi və ona geniş səlahiyyətlər verməyi planlaşdırırdı. Lakin onun zamansız ölümü Əliyevin yüksəlişinə mane oldu”, - deyə o bildirib.

 

  NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib