Dərc edilib: 21-02-2017

https://www.nuh.az/9678-.html

Yardımlıda Manaf Səmədzadənin təhsil biznesi

21.02.2017 13:37:56

Cəmiyyət

Regionlarda təhsilin aşağı səviyyədə olması zaman-zaman ciddi müzakirə mövzusu olub. Bəzən təhsil şöbə müdirləri, direktorlar özlərini sudan quru çıxarmaq üçün bunu müəllimlərin savadsızlığı, valideynlərin təhsilə və övladlarına qarşı soyuq münasibəti kimi qələmə verməyə çalışsa da reallıq başqadır.

Əvvəla hər bir valideyn istəyər ki, övladı oxusun, savadlı olsun, elinə-obasına, dövlətinə layiqli vətəndaş kimi yetişsin. Elə isə, nədir səbəb? Niyə belə deyil və yaxud buna mane olan nədir, kimdir?


Bu günlərdə NUH.az -ın elektron ünvanına olduqca maraqlı müraciət daxil olub. Ucqar dağ rayonu olmasına baxmayaraq Azərbaycana xeyli ziyalı bəxş edən Yardımlı rayonundan gələn bu müraciət sözün həqiqi mənasında adamı düşünməyə vadar edir. Sövetlər dövründə dağ rayonu olmasına baxmayaraq yüksək intelektual şəxslər yetişdirən bu rayonda indi təhsilin olduqca aşağı səviyyədədir.

Müraciətdə qeyd olunan faktları oxuduqca insan düşünməyə bilmir. Yardımlıda təhsil nədən bu hala düşüb?

 

Deməli, bildirlir ki, Yardımlıda, əsasən kəndlərdə məktəblər aylarla bağlı qalır, nə şagirdlər, nə də müəllimlər məktəbə gəlmir. Təhsilin səviyyəsi yox dərəcəsindədir. Müraciət müəllifləri vəzittəyin bu yerə gəlib çıxmasında Rayon Təhsil Şöbə müdiri Manaf Səmədzadəni günahlandırırlar.

 

"Təhsil nazirliyi vasitəsilə gələn kadrlar 1 ay işlədikdən sonra qaçmağa başlayırlar. Çünki, onlara imkan yaradılmır və ya pul istənilir. Rayonun 14 məktəbində düz 5 ildir direktorun olmadığı deyilən müraciətdə qeyd olunur ki, bunun da günahkarı Manaf Səmədzadədir. M.Səmədzadə nazriliyin göndəriyi kadrların işə başlaması üçün 3 min manat rüşvət tələb edir. Bunu da verməyənlər getmək məcburiyyətindı qalır".

Kimdir Manaf Səmədzadə? Onu bu əməllərinə görə, cəzalandırılmasının qarşısını alan nədir? Niyə Yardımlı təhsili bərbad günə düşüb?

 

Qeyd olunur ki, M.Səmədzadə Yardımlı rayonu Keçələkaran kəndində məkdəb direktoru işləyib. Daha sonra isə Yardımlı rayon Təhsil Şöbəsinə müdir təyin olunub. "Qısa bir zamanda böyük imkanlara sahiblənən M.Səmədzadə indi pulunun sayını belə itirib. Bakı şəhərində bir neçə villa, bahalı avtomobillərə sahiblənib. Məlumata görə, Salyan rayonundakı iki mərtəbəli mülk nəyə dersən dəyər".

 

Övladlarının gələcəyi üçün narahat olan müraciət müəllifləri Təhsil naziri Mikayıl Cabbarova sual da ünvanlayıblar. Hərçənd ki, bu suala M. Cabbarov cavab verməyəcək. Çünki, onu belə suallar maraqlandırmır. Amma biz vətəndaşların istəyini nəzərə alıb sualı hörmətli nazirə ünvanlamaq istəyirik.

 

 

   NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib