Dərc edilib: 22-02-2017

https://www.nuh.az/9684-.html

Yardımlıda Manaf Səmədzadənin təhsil biznesi

22.02.2017 13:02:40

Cəmiyyət

Təhsil  naziri Mikayıl Cabbarovun oxuması vacibdir...


Azərbaycanda təhsil sferasının rüsvayçı vəziyyətdə olması  millətimizin faciəsidir. Məktəblərdə  rüşvərin olması artıq arxa plana keçib. Hər gün oxuyuruq ki, filan məktəbdə müəllim şagirdinə təcavüz edib, məktəb direktoru öz qadın müavinini  zorlayıb, filan rayonda təhsil şöbəsinin müdiri eyş-işrətlə məşğul olur və s. Bir sözlə, təhsilimizlə bağlı şikayətlər  bitmək bilmir. 

 

Bu günlərdə NUH.az -ın elektron poçtuna  olduqca maraqlı müraciət daxil olub. Ucqar dağ rayonu olmasına baxmayaraq Azərbaycana xeyli ziyalı bəxş edən Yardımlı rayonundan gələn bu müraciət sözün həqiqi mənasında adamı düşünməyə vadar edir. Sövetlər dövründə dağ rayonu olmasına baxmayaraq yüksək intellektual şəxslər yetişdirən bu rayonda indi təhsilin olduqca aşağı səviyyədə olması ürək ağrıdır. 

Müraciətdə qeyd olunan faktları oxuduqca insan düşünməyə bilmir. Yardımlıda təhsil nədən bu hala düşüb?

 

Deməli, bildirlir ki, Yardımlıda, əsasən kəndlərdə məktəblər aylarla bağlı qalır, nə şagirdlər, nə də müəllimlər məktəbə gəlmir. Təhsilin səviyyəsi yox dərəcəsindədir. Müraciət müəllifləri vəzittəyin bu yerə gəlib çıxmasında Rayon Təhsil Şöbəsinin  müdiri Manaf Səmədzadəni günahlandırırlar.

 

"Təhsil Nazirliyi vasitəsilə gələn kadrlar 1 ay işlədikdən sonra qaçmağa başlayırlar. Çünki, onlara imkan yaradılmır və ya pul istənilir. Rayonun 14 məktəbində düz 5 ildir direktorun olmadığı deyilən müraciətdə qeyd olunur ki, bunun da günahkarı Manaf Səmədzadədir. M.Səmədzadə nazriliyin göndəriyi kadrların işə başlaması üçün 3 min manat rüşvət tələb edir. Bunu da verməyənlər getmək məcburiyyətindı qalır".

Kimdir Manaf Səmədzadə? Onu bu əməllərinə görə, cəzalandırılmasının qarşısını alan nədir? Niyə Yardımlı təhsili bərbad günə düşüb?

 

Qeyd olunur ki, M.Səmədzadə Yardımlı rayonu Keçələkaran kəndində məkdəb direktoru işləyib. Daha sonra isə Yardımlı rayon Təhsil Şöbəsinə müdir təyin olunub. "Qısa bir zamanda böyük imkanlara sahiblənən M.Səmədzadə indi pulunun sayını belə itirib. Bakı şəhərində bir neçə villa, bahalı avtomobillərə sahiblənib. Məlumata görə, Salyan rayonundakı iki mərtəbəli mülkü nəyə desən dəyər".

 

Övladlarının gələcəyi üçün narahat olan müraciət müəllifləri təhsil naziri Mikayıl Cabbarova sual da ünvanlayıblar. Hərçənd ki, bu suala M. Cabbarov cavab verməyəcək. Çünki, onu belə suallar maraqlandırmır. Amma biz vətəndaşların istəyini nəzərə alıb sualı hörmətli nazirə ünvanlamaq istəyirik.

 

 

   NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib