Dərc edilib: 23-02-2017

https://www.nuh.az/9698-.html

İlham Əliyev nazirlərlə toplantıda - FOTO

23.02.2017 13:11:45

Siyasət

Fevralın 23-də Bakıda, Heydər Əliyev Mərkəzində “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü toplantısı işə başlayıb.

Qaynarinfo.Az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev toplantıda iştirak edir.

Tədbirdə, həmçinin Cənub Qaz Dəhlizinin iştirakçısı olan ölkələrin energetika nazirləri və müxtəlif qurumların təmsilçiləri, o cümlədən Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti, Məşvərət Şurasının həmsədri Maroş Şevçoviç iştirak edirlər.

 

     

NUH informasiya agentliyi səhifəsindən çap edilib