Dərc edilib: 23-02-2017

https://www.nuh.az/9706-.html

Heydər Əliyev adına lisey yeni direktora “hamilə”dir..?

23.02.2017 16:59:41

Cəmiyyət

 

Xətai rayonunda  yerləşən Heydər Əliyev adına lisey həmişə  Azərbaycanın  ən reytinqli  məktəblərindən biri olub.

Uzun müddət  liseyə Fikrət Xəlilov rəhbərıik edib.

Bir neçə il əvvəl mətbuatda Hesablama Palatasının liseylə bağlı açıqlaması yayılmışdı. Açıqlamaya əsasən guya  “liseydə 110 min manat yeyinti” olub.

Əslində problemin kökündə  Fikrət Xəlilovun personası  dayanırdı. Çünki  Fikrət Xəlilov heç bir məmurun zənginə, yaxud xahişinə məhəl qoymurdu və şagirdlərin  yalnız  savadlı olmasını tələb edirdi, yəni əsl təhsil adamı idi. Ona görə də irili-xırdalı xeyli məmurlar Fikrət Xəlilovdan narazı idi. Nəticədə Hesablama Palatasının əli ilə Fikrət Xəlilov  direktorluqdan uzalaşdırıldı. Onun yerinə Ümid Babaşov liseyə direktor təyin edildi. Ancaq onu da rahat buraxmadılar. Və az vaxtdan sonra  Ümid Babaşovu guya “fətullahçı” olmaqda ittiham edərək  direktorluqdan kənarlaşdırdılar.

Liseyin yeni direktoru Natavan Bədəlovanın da vəzifə ömrü  cəmi bir neçə ay çəkdi.

İki ay əvvəl  təhsil naziri  Mikayıl Cabbarov cənabları  Sevinc Orucovanı  liseyə direktor təyin etdi.

Liseyin başına son illər açılan bu rüsvayçılıq heç bir əndazəyə sığmır. Axı, cənablar, bura sizin üçün ticarət mərkəzi deyil, təhsil ocağıdır.  

 

NUH.az-a daxil olan məlumata görə, liseydə yenə gərginlik yaşanır. Deyən lisey yeni direktora “hamilə”dir...

Yazıda adı keçən şəxslərin mövqeyini işıqlandırmağa hazırıq.

 

   NUH.az 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib