Dərc edilib: 24-02-2017

https://www.nuh.az/9714-.html

Problemli kreditlər silinməlidir - Dünya Bankı

24.02.2017 12:47:36

İqtisadiyyat

"Banklarda qeyri-işlək aktivlər probleminin aradan qaldırılması ən zəruri amildir. Problemli kredirlər silinməli və gələcəkdə kredit portfelinin keyfiyyətinin yüksəldilməsi vacibdir".
 Fins.az   xəbər verir ki, bunu Dünya Bankının nümayəndəsi Anjela Prikojina deyib. Onun sözlərinə görə, gələn il istehlakçıların müdafiəsi üzrə ciddi addımlar atılacaq.
"Maliyyə Sabitliyi Şurasının yaradılması əlaqələndirilməsi və böhrana hazırlıq çərçivəsinin yaradılması çox önəmlidir. Ölkəyə investisiyaların cəlb edilməsi və iqtisadiyyatın dirçədilməsi üçün bu, çox vacibdi. Sabit maliyyə sisteminin yaradılması real sektorun, kiçik və orta sahibkarlığın inkişafı üçün qarant funksiyasını daşıyır".
A.Prikojina deyib ki, "İflas haqqında", "Banklar haqqında" və "Sığorta haqqında" qanunların müzakirəsi davam edir. Bununla yanaşı maliyyə sektoruna nəzarətlə bağlı layihə işlənilir.
"Toksik aktivlərin aradan qaldırılması üzərində ciddi çalışırıq və Əmanətlərin Sığortalanması Fondu ilə birlikdə istehlakçıların hüquqlarının qorunmasına çalışacağıq".

 

  NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib