Dərc edilib: 24-02-2017

https://www.nuh.az/9717-.html

Sumqayıt Texnologiyalar Parkında ciddi maliyyə böhranı - Əmək haqqları verilmir?

24.02.2017 13:43:59

İqtisadiyyat

Azərbaycanın qeyri-neft sektorunda layiqincə yer tutmaq üçün hesablanmış Sumqayıt Texnologiyalar Parkının ciddi maliyyə böhranı ilə üz-üzə qaldığı barədə məlumatlar var. 

İşçilərin NUH.az-a verdiyi məlumata görə, özündə 17 zavodu birləşdirən böyük Texnoparkın işçilərinin əməkhaqqlarını almaqda problemləri yaranıb və bu hal icraçı direktor Sahib  hələ ki narahat etmir.

Parkın icraçı direktoru Sahib Musayev zavodda əsas vəzifələrə yaxın qohumlarını təyin edib. Əmək haqqları ilə yanaşı əlavə "paket"lər kəsilib.  3 aydır ki, əmək haqqı verilmir.

Daha ciddi faktlarla bağlı yaxın günlərdə əlavə məlumat veriləcək.

Qarşı tərəfin mövqeyini işıqülandırmağa hazırıq

 

  NUH.az 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib