Dərc edilib: 24-02-2017

https://www.nuh.az/9727-.html

Milli Məclis gələn həftə Elman Rüstəmovun 3 müavinini yola salacaq

24.02.2017 19:53:26

Hadisə

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi növbəti həftə Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin  səlahiyyət müddəti bitən üzvlərinin və  yeni üzvlər məsələsini müzakirə edəcək.


Bu barədə  Milli Məclisdən məlumat verilib.

Bildirilib ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin fevralın 28-də nəzərdə tutulan iclasında AMB İdarə Heyətinin səlahiyyət müddəti bitən üç üzvünün məsələsinə baxılacaq.

Onuda bildirək ki,  2017-ci ilin fevralında AMB İH-nin 5 üzvündən 3-nün səlahiyyət müddəti başa çatıb.

Bunlar AMB-nin İdarə Heyəti sədrinin birinci müavini Alim Quliyev və sədrin müavinləri Vadim Xubanov və Aftandil Babayevdir.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin fevralın 28-də keçiriləcək iclasında səlahiyyət müddətinin bitməsinə və onlatın yenidən növbəti beş il müddətinə artırılması məsləsini müzakirə edəcək.

Adı çəkilən şəxslərin  səlahiyyət müddəti Milli Məclisin  2012-ci ilin fevralın 14-də keçirilən iclasında beş il müddətinə uzaldılıb.

Milli Məclis isə onların növbəti 5 il üçün səlahiyyət müddətini mart ayında keçiriləcək plenar iclasına müzakirə çıxarılacaq.(moderator.az)

 

  NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib