Dərc edilib: 25-02-2017

https://www.nuh.az/9729-.html

Əli Həsənov: “Mehriban xanımın təyinatı qarşıdakı illərdə...”

25.02.2017 14:42:59

Siyasət

Mehriban Əliyevanı birinci vitse-prezident təyin edilməsi münasibəti ilə təbrik edirəm. Düşünürəm ki, bu təyinat Azərbaycan xalqına, dövlətimizə, millətimizə qarşıdakı illərdə töhfələr verəcək.

APA-nın xəbərinə görə, bunu Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.
“Bu təyinat nəticəsində Azərbaycan dövlətçiliyində dinamizmi müşahidə edəcəksiniz. Xaraktercə dinamik insan olan Mehriban Əliyevanın xarakterinin dövlət idarəçiliyinə sirayət edəcəyinin şahidi olacaqsınız”, - deyə Ə. Həsənov qeyd edib.

 

  NUH.az 

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib