Dərc edilib: 25-02-2017

https://www.nuh.az/9733-.html

Şirvandakı 18 saylı məktəbdə utanverici olay? – Direktor isə təkzib edir…

25.02.2017 17:19:06

Günün sitatı

Sosial şəbəkələrdə Şirvan şəhəri, M.İsrailov adına 18 saylı təbiət, humanitar təmayüllü məktəb-liseydə utancverici hadisənin baş verməsi barədə məlumat yayılıb.

Məlumatda qeyd olunur ki, bir neçə gün əvvəl məktəbin 9-cu sinif şagirdi ehtiraslandırıcı dərman icərək 3 cü sinif şagirdini zorlamağa cəhd edib. 

Bizimxeber.az-ın əməkdaşları məlumatı dəqiqləşdirmək və aydınlıq gətirmək üçün Şirvan şəhər Təhsil Şöbəsinin müdiri ilə əlaqə saxlamağa çalışsa da telefonlara cavab verən olmayıb.

 

16933702_1872595973023611_400723942_n

Sayt əməkdaşları Şirvan şəhəri, M.İsrailov adına 18 saylı təbiət, humanitar təmayüllü məktəb-liseyin direktoru İsmayıl Usubovla əlaqə saxlaya bilib. Məktəbin direktoru yayılan məlumatı təkzib edərək belə bir halın baş vermədiyini bildirib: “Kim görüb bu hadisəni? Kim əli ilə tutub? Ayıb olsun onu yayan insana. Uşaqların həyatı, taleyi ilə oynamaq doğru deyil. Heç bir hadisə baş verməyib”.

Sosial şəbəkədə yayılan məlumatı olduğu kimi təqdim edirik. Hesab edirik ki, bu faktın necə yayılması, məlumatın nə qədər doğru-olub olmadığını hüquq-mühafizə orqanları araşdıracaq.

Qeyd edək ki, bir neçə gün əvvəl məktəbin ibtidai siniflər üzrə dərd hissə müdiri müəmmalı səbəblərdən vəzifəsindən uzaqlaşdırılıb.\Bizimxeber.az\

 

   NUH.az 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib