Dərc edilib: 26-02-2017

https://www.nuh.az/9739-.html

Prezident hər qadına 40 manat 8 mart hədiyəsi verir

26.02.2017 15:21:27

Region

Türkmənistan prezidenti Qurbanqulı Berdıməhəmmədovun sərəncamına əsasən, 8 Mart – Beynəlxalq Qadınlar günündə ölkədə yaşayan hər bir qadına dövlət başçısının adından 40 manat hədiyyə olunacaq. 


 Virtualaz.org    xəbər verir ki bu, rəsmi məzənnə ilə 11,5 dollara, “qara bazar”ın məzənnəsi iləsə 5,7 dollara bərabərdir.

Pul hədiyyəsi martın 1-dən 5-nə qədər olan dövrdə rəsmən işlə təmin olunmuş, təhsil alan, yaxud müavinət və təqaüd alan qadınlara paylanacaq. İşsiz qadınlar siyahıya daxil edilməyib.

Bundan əlavə, 8 və daha çox uşağı olan qadınlara “Ene Məhri” medalı təqdim olunacaq.

Mənbə onu da əlavə edir ki, aztəminatlı ailələrə prezidentin adından yeni mənzillərin açarları təqdim ediləcək. Aztəminatlıların necə müəyyənləşdiriləcəyi və neçə mənzilin təqdim ediləcəyi dəqiqləşdirilmir.

 

 

    NUH.az

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib