Dərc edilib: 27-02-2017

https://www.nuh.az/9744-.html

Zabil Müqabiloğlu dəfn olundu - YENİLƏNİB

27.02.2017 18:49:51

Hadisə

Jurnalist Zabil Müqabiloğlu dünyasını dəyişib.

 

 Qafqazinfo   xəbər verir ki, uzun müddətdir xəstəlikdən əziyyət çəkən jurnalistin səhhəti ötən gecə qəfil pisləşib və o, koma vəziyyətində 1 saylı kliniki xəstəxanaya (Semaşko) yerləşdirilib. Onda kəskin daxili qanaxma başladığı, həkimlərin qanaxmanı saxlaya bilmədikləri bildirilir. 39 yaşlı Z.Müqabiloğlu serozdan əziyyət çəkirdi.

 

                  ***

 

Tanınmış jurnalist Zabil Müqabiloğlu torpağa tapşırılıb. “Report”un xəbərinə görə, o, Pirşağı qəsəbəsində məcburi köçkünlər üçün nəzərdə tutulan qəbiristanlıqda valideynlərinin yanında dəfn olunub. Xatırladaq ki, jurnalist ötən gecə müalicə aldığı 1 saylı Şəhər Kliniki Xəstəxanasında (Semaşko) dünyasını dəyişib. Zabil Müqabiloğlu 1977-ci il noyabrın 17-də Zəngilan rayonunun Babaylı kəndində anadan olub. Jurnalist mədə-bağırsaq qanaxması diaqnozu ilə 1 saylı Şəhər Kliniki Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilmişdi. Onun qaraciyər transplantasiyasına ehtiyacı var idi. Qeyd edək ki, Zabil Müqabiloğlu uzun illər “Yeni Müsavat” qəzetində redaktor vəzifəsində çalışıb. Allah rəhmət eləsin!

 

      NUH.az 

 

  

 


NUH informasiya agentliyi səhifəsindən çap edilib