Dərc edilib: 27-02-2017

https://www.nuh.az/9745-.html

Bakıda Mikayıl Müşviqin abidəsini dağıtdılar - YENİLƏNDİ

27.02.2017 18:55:44

Cəmiyyət

“Azəravtoyol” ASC Mikayıl Müşfiqin büstünün fotolarını yayıb.

 

Qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli fotoları APA-ya göndərib və bildirib ki, büstün dağıdılması ilə bağlı deyilənlər həqiqətə uyğun deyil: “Bir daha bildiririk ki, Mikayıl Müşfiqin Bakının Yasamal rayonu ərazisindəki Müşfiq parkında ucaldılan abidəsi dağıdılmayıb. Təmir və yenidənqurma işləri ilə əlaqədar olaraq müvəqqəti götürülüb və işlər başa çatandan sonra əvvəlki yerinə qaytarılacaq”. 

***

“Azəryolservis” ASC Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırmadan görkəmli Azərbaycan şairi Mikayıl Müşviqin Bakıdakı abidəsini dağıdıb.

Bu haqda virtualaz.org-a Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi yanında mədəni irsin mühafizəsi, inkişafı və bərpası üzrə Dövlət xidmətinin rəhbəri Zakir Sultanov məlumat verib.

Bundan başqa, vandalizm aktı Mədəniyyət Nazirliyi tərəfindən qadağalara baxmayaraq törədilib.

"Abidəni hər hansı icazə olmadan dağıdıblar. Bu hiddət doğuran hadisə ilə əlaqədar biz məhkəmə instansiyalarına müraciət etmək niyyətindəyik", - deyə o vurğulayıb.

 

    NUH.az 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib