Dərc edilib: 28-02-2017

https://www.nuh.az/9760-.html

Deputatlar Xocalı yürüşündə niyə gülürdü? - Fotofakt

28.02.2017 15:59:06

Hadisə

İki gün əvvəl xalqımız 26 Fefral Xocalı faciəsini yad etdi. Prezident İlham Əliyev və 1-ci vitse prezident Mehriban Əliyevanın iştirakı ilə dövlət hökümət nümayəndələri Xətai rayonunda yerləşən Xocalı abidəsin doğru yürüş keçirdi.

 

Bizimyol.info saytına istinadən xəbər verir ki, Xocalı faciəsinə həsr olunmuş yürüş zamanı protokol heyətində olan 3 deputat (Nəriman Əliyev, Malik Həsənov və Rüstəm Xəlilovun) faciə

qurbanlarına, ümumən xalqımıza və protokol heyətinə etdikləri hörmətsizlik kameralara tuş gəlib. Sayt yazır ki, deputatların bu hərəkəti - hər kəsin kədərə büründüyü bir gündə qəh-qəhə çəkib gülmələri Xocalı sakinləri və sosial şəbəkə istifadəçiləri tərəfindən olduqca sərt qarşılanıb. İki gündür bütün sosial şəbəkələrdə adıçəkilən deputatların belə önəmli tədbirdə özlərini apara bilməmələri, protokol qaydalarına əməl etməmələri insanların sərt reaksiyasına səbəb olub.

Həmin görüntünü təqdim edirik.

 

  NUH.az 

 

Deputatlar Xocalı yürüşündə niyə gülürdü? - Fotofakt

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib