“Tək uşaqları ön cəbhəyə göndərməyin!”
Tanınmış jurnalist Ədil Hüseynli sosial şəbəkədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə iradını bildirib. NUH.az mediafax”-a istinadla jurnalistin facebook statusunu təqdim edir:
Akşin Abdullayevin nə atası var imiş, nə qardaşı var imiş nə də əmisi, dayısı. Yəni, ananın yeganə ümidi o imiş. Allah Rəhmət Eləsin! Vətən uğrunda, torpaq uğrunda şəhid olmaq təbii ki, şərəfdir. Amma burda bir məqam var. Səfərbərlik Xidməti belə məqamlara ciddi diqqət etməlidir.
Bu məsələni gündəmdə saxlamaq lazımdı. Ailənin yeganə övladı, atası, qardaşı olmayanı arxa cəbhəyə göndərək. 2-ci Dünya müharibəsində belə məqamlara diqqət olunub. İndi də etmək lazımdır. Anaya səbr diləyək, hər birimiz o ananın övladı olaq”.
NUH.az