Dərc edilib: 01-03-2017

https://www.nuh.az/9772-.html

Üç iri məmurun dəhşətli benzin qarəti: Sürücülərin hər ay 20 milyonu oğurlanır – Faktlar

01.03.2017 15:19:11

İqtisadiyyat

Sürücülərin yanacaqdoldurma məntəqələrində aldadılması faktları artıq təsdiqini tapmaq üzrədir


 

Politika.Az xəbər verir ki, bu məsələdə SOCAR, Energetika Nazirliyi və Standartlaşdırma, Metrologiya, Patent üzrə Dövlət Komitəsi əlbir olublar.

Ölkədə sürücülərin soyulmasında iştirak edən bu üç dövlət orqanı benzinin keyfiyyətinə nə nəzarət edir, nə də YDM-lərin oğurluğu yoxlanır. Bu YDM-lərin hər halda sıravi insanlara aid olmadığı da məlum məsələdir.

YDM-lər ödənilən pulun müqabilində maşına az yanacaq vururlar – 1-1,5-2 litr kəsirlər. Bundan əlavə, benzinin tərkibindəki oktanın faizini qəsdən aşağı salıblar ki, alınan yanacaq daha tez sərf olunsun.

Nəticədə aldıqları yanacağa görə nəzərdə tutulan məsafəni qət edə bilməyən maşın sahibləri tez-tez yanacaqdoldurma məntəqələrinə yan almalı olurlar.

Məlumatlarda deyilir ki, Standartlaşdırma, Metrologiya, Patent üzrə Dövlət Komitəsi yanacağın keyfiyyətinə demək olar nəzarət etmir.

Hər 10 litrə 1 litr kəsmək artıq ənənə halını alıb. Buna əvvəllər Energetika Nazirliyi nəzarət edirdi, reydlər keçirirdi, açıqlamalar verirdi.

Amma indi demək olar ki, bu problemə heç bir nəzarət yoxdur. Standartlaşdırma, Metrologiya, Patent üzrə Dövlət Komitəsinin ildə 1-2 dəfə yoxlama keçirməsi də bəlli deyil.

HAKIMIYYET.Az xəbər verir ki, bu məsələyə modern.az toxunub. “Avtosfer.az” saytının baş redaktoru Elməddin Muradlı deyib ki, bu cür biabırçı mənzərələr zamanla müşahidə edilir:

“Keyfiyyət məsələsində SOCAR açıqlama verdi ki, “biz yanacağı standartlara uyğun qaydada YDM-lərə satırıq, yanacağa YDM-lərdə müdaxilə edərək müəyyən qatqılar əlavə edirlər”.

Yəni zavoddan keyfiyyətli benzini alırlar, daha sonra öz bildikləri kimi əlavələr etməyə başlayırlar. Təsəvvür edin ki, mənim hər ay 20 manatımı YDM-lar oğurlayır. Bu kifayət qədər böyük məbləğdir. Ölkədə sürücü tək mən deyiləm.

Azərbaycanda 1 milyon 300 min avtomobil var. Bu avtomobillərin problemli olanların, qarajda qalanlarını çıxsaq, 1 milyona yaxın avtomobil istismar olunur. Ay ərzində hər sürücüdən 20 manat pul 20 milyon manat edir, bu isə açıq-aşkar qarət deməkdir”.

 

 

  NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib