Dərc edilib: 02-03-2017

https://www.nuh.az/9785-.html

Səhlab Bağırov sabiq nazirin maşınının saxlanılmasından danışdı

02.03.2017 16:02:07

Hadisə

Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Səhlab Bağırov sabiq xarici işlər naziri Tofiq Zülfüqarovun avtomobilinin cərimə meydançasına aparılması hadisəsi ilə bağlı açıqlama verib.
 
Lent.az-a danışan general Səhlab Bağırov avtomobilin yol-hərəkət qaydalarını pozduğuna görə cərimə meydançasına aparıldığını deyib: "Sürücü yol hərəkəti qaydasını pozub, saxlanılıb və avtomobil cərimə meydançasına aparılıb”.
 
Qeyd edək ki, bu gün mətbuatda Tofiq Zülfüqarovun avtomobilinin cərimə meydançasına aparılması ilə bağlı xəbər yayılıb. Sabiq nazir bildirib ki, 10 AA 102 dövlət qeydiyyat nişanlı avtomobilə yol vermədiyi üçün cəzalandırılıb. Həmin dövlət qeydiyyat nişanlı minik avtomobili Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-leytenantı Səhlab Bağırovun xidməti avtomobilidir.

 

  NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib