Dərc edilib: 03-03-2017

https://www.nuh.az/9801-.html

Özünüzü Arif Rəhimzadə kimi aparmayın

03.03.2017 16:01:22

Cəmiyyət

 Rasət Pirisoyu 

 

 

Allah  xətrinə, özünüzü  Arif Rəhimzadə kimi aparmayın!

 

Bizdə savadsızlıq, bəzən məqsədli savadsızlıq, bəzənsə lotuyana savadsızlıq ritual səviyyəsinə qalxıb. Kim savadsızdırsa, o daha çox diqqət çəkir, müzakirə mövzusu olur. Arif Rəhimzadə «biz türk deyilik» deyəndə sadəcə savadsız olduğunu nümayiş etdirib. «Türklər ayrı millətdir» deyəndə isə lap gül vurub.
Millətçilik, yəni etnik mənşəyi əsas götürüb birlik yaratmaq milli birlik yaratmığın ən sadə, ən adi, ən
çox işlənən  yoludur. Burda böyük güc, intellekt, filan sərf  etməyə ehtiyac yoxdur. Patriotizm hər şeyi həll edir.
Müasir dünyada milli birlik yaratm
ağın müxtəlif yolları  var. Hətta sinfi, dini prinspləri əsas götürüb (milli?) birlik  yaratmaq mümkündür. Məsələn, şiəlik, sünnilik  etiqad olmaqdan daha çox milli birlik yaratmaq məqsədi ilə ortaya atılıb. 

İndi biz Şah İsmayıl Xətaini günahlandırırıq ki, o niyə İranda şiəliyə rəvac verib.
Bəs bu fağır Şah İsmayıl  
Xətai neyləyəydi?
Böyründə dini prinsipləri əsas götürüb nəhəng tayfa birliyi yaradan Osmanlı dövləti vardı. Öz tayfa birliyini (səfə
viliyi), öz tayfa dövlətini (Səfəvilər dövlətini) qoruyub saxlamaq üçün Şah İsmayıl (və tərəfdarları, qızılbaşlar) hansısa bir mexanizm işləyib hazırlamalıydı, yoxsa yox? Təbii ki hazırlamalıydı…
Bir də var mülki prinsipləri (qanunları, hüquqları, konstitutsiaynı, vətəndaşlığı) əsas götürüb milli birlik yaratmaq. Azərbaycançılıq milli biriliyin mülki formasıdır. Belə milli birlik formasından hazırda ABŞ-da istifadə edirlər. Almanlar, fransızlar (və s.) Avropa Birliyi adı altında bu milli birliyə ("avropalı" olmağa) can atır.
Avropada
indinun özündə etnik birlik ənənələri o qədər dərindir ki, bu gün orada modern Avropa əməlli-başlı böhran keçirir,  sağlar meydan sulayır.
Etnik birlik
 xalqları ən azı 15-16-cı əsrlərə çəkir.

Etnik birlikdən o xalqlar istifadə edir ki, onların milli birlik yaratmaq üçün heç bir tarixi təcrübəsi, variantı, şansı olmur. Məsələn, ermənilər kimi…

Bizim milli baxımdan kim olduğumuzu təyin etmək istəyiriksə, ən azı öz milli tariximizi, milli ədəbiyyatımızı nəzərdən keçirməliyik.
Bizim Hacı Qaramız var, ona tük qədərində bircə ştirx də əlavə edə bilmərik. Eləcə də Məşədi İbad, qoçu Əsgər, kefli İsgəndər və s. və i. və q.
  Hacı Qaranı (və sonrakı azərbaycanlıları) siz Türkiyədə harda tapa bilərsiniz.

Sizcə, hansı türkiyəli öz dövlətini  Əsrinin Səyavuşu kimi səciyyələndirə bilər?

Amma Azərbaycandakı Hacı Qara, Məşədi İbad, Qaraca qız, Cəbiş müəllim, Gəray bəy, Ə. Haqverdiyevin Mirzə Səfəri, İsa Muğannanın Qılinc Qurbanı, İ. Şıxlının  Cahadar ağası,  ən nəhayət  Aqşin Yeniseyin «Bit» hekayəsində İsi… türk də ola bilər, talış da, kürd də, tat da, ləzgi də…

Dövlətimiz olmaya - olmaya, bircə Axundovumuzla, həm də fitrətən qonşu olmaq, insan olmaq, hətta acgöz, xəsis, maymaq olmaq bacarığımızla biz o köpəkoğlu Mkrıtçı da azərbaycanlı eləmişdik.

Bax biz özümüzə baxanda bu prizmadan baxmalıyıq.

Allah xətrinə, özünüzü Arif Rəhimzadə kimi aparmayın!

 

  NUH.az


NUH informasiya agentliyi səhifəsindən çap edilib