Dərc edilib: 03-03-2017

https://www.nuh.az/9803-.html

Ömürlük məhkumlar əfv oluna bilər - AÇIQLAMA

03.03.2017 16:37:27

Maraqlı

Azərbaycanda hazırda 3 OMON-çu ömürlük həbsdədir. Növbəti əfv fərmanında onların azadlığa çıxması gözlənilir. Belə ki, 21 ildir cəza çəkən keçmiş OMON-çular Elçin Əmiraslanov, Səfa Poladov və Arif Kazımov əfv edilmək üçün Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə müraciət ediblər.

İnsan Hüquqları üzrə Birgə işçi qrupun üzvi, hüquq müdafiəçisi Novella Cəfəroğlu Cebhe.info-ya açıqlamasında bu haqda danışıb:
“Növbəti əfvi gözləyirik. Artıq siyahını təqdim etmişik. Lakin bu vaxtadək verilən əfv fərmanları ömürlük azadlıqdan məhrum olan şəxslərə aid olmayıb. Bu il isə ömürlük azadlıqdan məhrum edilən OMON-çuların da adını əfv oluna biləcək şəxslərin siyahısına daxil etmişik”.
N.Cəfəroğlu bildirib ki, bu vaxtadək OMON-çuların böyük qismi əfv fərmanı ilə azadlığa buraxılıb. Hüquqşünas Elçin Sadıqov isə saytımıza açıqlamasında vurğulayıb ki, OMON-çularla bağlı sonuncu əfv fərmanı 2005-ci ildə imzalanıb.

 

  NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib