Dərc edilib: 06-03-2017

https://www.nuh.az/9831-.html

Mehriban Əliyevanın mandatı ləğv edildi

06.03.2017 16:49:54

Hadisə

 

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

BakiPost.az xəbər verir ki, iclasda Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın V çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı səlahiyyətlərinə xitam verilməsi məsələsinə baxılıb.
İclasda qeyd edilib ki, Mehriban Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilməsi ilə əlaqədar deputat səlahiyyətlərinə xitam verilməsi ilə bağlı MSK-ya müraciət edib.
Müraciət MSK üzvləri tərəfindən səsə qoyularaq qəbul edilib.
Qeyd edək ki, Mehriban Əliyeva 2015-ci il V çağırış Milli Məclisə seçkilərdə 14 saylı Xəzər seçki dairəsindən deputat seçilib. Bu il fevralın 21-də isə Prezident İlham Əliyevin sərəncamı ilə Mehriban Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti təyin edilib.

 

 

  NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib