Dərc edilib: 07-03-2017

https://www.nuh.az/9841-.html

BDU-ya prorektor “təyin etdirən”in cəzası məlum oldu

07.03.2017 14:28:40

Kriminal

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Bəhruz Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Əlövsət Abbasovun icraatında olan prosesdə hökm oxunub.

Məhkəmə kollegiyasının hökmü ilə B. Əhmədov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, B. Əhmədov ötən il yaxın tanışını Bakı Dövlət Universitetinə prorektor təyin etdirmək adı ilə ondan 10 min manat alaraq mənimsəyib.

 

 

  NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib