Dərc edilib: 08-03-2017

https://www.nuh.az/9853-.html

Sevil Əliyevadan qadınlara bayram təbriki

08.03.2017 14:16:51

Cəmiyyət

"Hər biriniz onların həyatını özəl gözəlliyinizlə bəzəyəsiniz".


Azərbaycan prezidenti İlham Əliyevin bacısı Sevil Əliyeva 8 mart beynəlxalq qadınlar günü münasibətilə bütün xanımları təbrik edib.

İstiPress xəbər verir ki, S. Əliyeva təbrikini sosial şəbəkədə vasitəsi ilə çatdırıb. 

"Əziz Analar, bacılar və gənc qızlar! Sizi xanımların bu gözəl günü münasibətilə ürəkdən təbrik edirəm. Sizə qadın xoşbəxtliyi, Ana bəxtəvərliyi, möhkəm can sağlığı arzulayıram. Bu bayram günündə olduğu kimi, hər gün, Sizi sevənlərin diqqət mərkəzində olasınız. Və hər biriniz onların həyatını özəl gözəlliyinizlə bəzəyəsiniz. Soyuducunuz həmişə ərzaqla, könlünüz isə sevinc və sevgiylə dolu olsun!

Hörmətlə, Sizin Sevil Əliyeva!"

 

  NUH.az 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib