Dərc edilib: 08-03-2017

https://www.nuh.az/9855-.html

MTN-in sabiq şöbə rəisi axtarışa verildi

08.03.2017 15:06:33

Hadisə

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Qusar Rayon Şöbəsinin sabiq rəisi, xüsusi xidmət orqanlarının polkovniki Nazim Fətullayev axtarışa verilib.


"Report"un məlumatına görə, buna səbəb onun külli miqdarda dövlət əmlakını mənimsəməsi və müxtəlif banklardan götürdüyü külli miqdarda krediti ödəməməsidir.

N.Fətullayev dəfələrlə məhkəmə çağırışlarından və istintaqdan yayınıb. Bundan sonra o, axtarışa verilib.

 

 

  NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib