Dərc edilib: 09-03-2017

https://www.nuh.az/9864-.html

“Qanuni oğru”lara qarşı sərt addım

09.03.2017 14:51:17

Region

Gürcüstan hökuməti “qanuni oğru”lara qarşı sərt addımlar atmağı planlaşdırır.


“Qafqazinfo” rus KİV-nə istinadən xəbər verir ki, ölkənin Daxili İşlər Nazirliyi “qanuni oğru”lara qarşı qanunvericiliyi sərtləşdirməyi qərara alıb. Qərar Cinayətkarlıqla Mübarizə İdarəsinin iclasında yekdilliklə qəbul edilib.

Qurumun mətbuat xidməti məlumatı təsdiqləsə də, qanunvericilikdə məhz hansı dəyişikliklərin ediləcəyini açıqlamayıb.

 

 

  NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib