Dərc edilib: 10-03-2017

https://www.nuh.az/9875-.html

Narazılıq yaradan deputatlar – Nəriman Əliyev, Astan Şahverdiyev, Ağalar Vəliyev

10.03.2017 13:13:07

Cəmiyyət

İnsanların heysiyyatı ilə oynayan, vətəndaşlar üçün əlavə problem yaradan məmurlar, vəzifə sahibləri barəsində dəfələrlə eşidirik. Çünki hansısa sosial narazılıq dövlət səviyyəsində qəbul olunmur və buna yol verən vəzifə sahibləri isə dərhal cəzalandırılırlar. Amma bəzən vəzifə sahibləri ilə yanaşı millət vəkillərinin də adı sosial narazılıq yaradan şəxslər sırasında çəkilir.

Kivnews.com xəbər verir ki, bir müddət öncə Milli Məclisə Masallı rayonundan millət vəkili seçilən Elmira Axundovanın adı ciddi qalmaqalda çəkildi. Vətəndaşlar mətbuata üz tutaraq millət vəkilinin oğlunun onlara külli miqdarda ziyan vurduqlarını bildirdilər. Hətta ortada səs yazısı, şahidlər də mövcud idi. Amma vətəndaşların apardığı mübarizə məhkəmə ilə sonuclandı. Hələ də məhkəmə prosesi davam edir. Daha bir narazılıq yaradan millət vəkili isə, Cəbrayıl-Qubadlı seçki dairəsindən deputatı Astan Şahverdiyevdir ki, xaricdə yaşayan azərbaycanlılarla bağlı verdiyi açıqlama sözün əsl mənasında biabırçılıq idi.


neriman-eliyev-deputat-masalli1

 

Belə deputatlar sırasında, Masallıdan Milli Məclisə seçilən Nəriman Əliyevin də adı var. Bu şəxslə bağlı mətbuatda birmənalı münasibət yoxdur. Hər kəs onu biznesmen-deputat kimi tanıyır. İnternetdə axtarış apardıqda onun Eldar Mahmudovla əlaqəsindən tutmuş “Ştutqart” mağazalar şəbəkəsi ilə bağlı son vaxtlar ortaya çıxmış xoşagəlməz məsələlərə kimi bir çox məqamlar üzə çıxır. Amma təəssüf olsun ki, vətəndaşların hüquqlarının qorunması üçün qanunların qəbulunda biləvasitə iştirak edən şəxsin hansısa vətəndaşın hüququnu pozması başadüşülən deyil. Bu məsələ ilə bağlı ciddi araşdırma apardığımızdan, faktlar toplandığından hələlik bunun üzərində çox qalmırıq. Amma zamanı gələndə, hər faktı dəqiqliyi ilə, özü də sənədlərlə ortaya qoyacağıq.

Adı qalmaqalda səslənən deputatlar sırasında, Əsabil Qasımov, Hadı Rəcəbli, eks-deputat Əhməd Vəliyev, Rüfət Quliyev, Ağalar Vəliyev və digərləri var.

Kivnews.com


astan-350x197

NUH informasiya agentliyi səhifəsindən çap edilib