Dərc edilib: 11-03-2017

https://www.nuh.az/9890-.html

Xarici dövlət borcumuz nə qədərdir?

11.03.2017 13:04:10

Hadisə

Bu il yanvarın 1-i tarixinə Azərbaycanın xarici dövlət borcu 6 mlrd. 913,2 milyon ABŞ dolları (12 mlrd. 241,3 milyon manat) təşkil edib. 

"Qaynar"-ın Maliyyə Nazirliyinə istinadən verdiyi məlumata görə, xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) olan nisbəti 20,4% təşkil edib. 

Məlumatda deyilir ki, borca hökumətin birbaşa öhdəlikləri və dövlət zəmanəti ilə cəlb edilmiş kreditlər üzrə şərti öhdəliklər daxil edilib.

Xarici dövlət borcu əsasən beynəlxalq maliyyə insitutlarının kredit proqramlarından və infrastruktur layihələrindən, həmçinin beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş qiymətli kağızlardan ibarətdir.

 

  NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib