Dərc edilib: 11-03-2017

https://www.nuh.az/9891-.html

“Qanunsuz 100 milyon çıxarılıb…” – Nazirdən şok rəqəm

11.03.2017 13:14:35

İqtisadiyyat

"Ötən dövr ərzində qanunsuz yolla banklardan 100 milyon manatdan çox vəsait çıxarılıb. Bu da şirkətlərin nə qədər vəsait nağdlaşdırması barədə bankların hesabat verməli olduğunun vacibliyini göstərir".

 

 Xezerxeber.az-a istinadən xəbər verir ki, bu sözləri Vergilər naziri Fazil Məmmədov Amerika Ticarət Palatası ilə birlikdə təşkil olunmuş "Şəffaflığa doğru birlikdə" adlı vergi konfransında deyib. O, 1%-lik nağdlaşdırma vergisinin banklara nəzarət funksiyası daşıdığını qeyd edib.

Nazir bu 1 faizin nə vergi daxilolmalarına, nə də biznes mühitinə əhəmiyyətli təsir göstərdiyini qeyd edib.

Fazil Məmmədov həmçinin vergi sistemində aparılmış islahatlara da toxunub və deyib ki, vergi ödəyiciləri ilə yeni sistem və prinsiplərlə işlənilməsi nəzərdə tutulur.

Nazir vergi ödəyicilərinin də şəffaf fəaliyyət göstərməli olduğunu vurğulayıb.

 

  NUH.az 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib