Dərc edilib: 14-03-2017

https://www.nuh.az/9936-.html

Hansı məşhur məhbusların adı Əfv Komissiyasına verilib? - SİYAHI

14.03.2017 15:37:59

Cəmiyyət

Novruz bayramı ərəfəsində Prezident İlham Əliyevin əfv sərəncamı imzalayacağı, 400-ə yaxın insanın ölkə başçısının humanist addımı nəticəsində azadlığa çıxacağı gözlənilir.
 
İnsan Hüquqları üzrə Birgə İşçi Qrupun üzvü, hüquq müdafiəçisi Novella Cəfəroğlu modern.az-a deyib ki, onların Prezident yanında Əfv Komissiyasına təqdim etdiyi siyahıda 24 nəfərin adı qeyd olunub:
 
"Həmin şəxslər arasında Əli İnsanov, İlqar Məmmədov, NİDA-çı gənclər Qiyas İbrahimov, Bayram Məmmədov, AXCP sədrinin köməkçisi Faiq Əmirli, AXCP-nin sədr müavini Fuad Qəhrəmanlı və başqaları var.
 
Hüquq müdafiəçisi siyahıda olan şəxslərin azadlığa çıxacağına böyük ümidlərinin olduğunu bildirib".

 

   NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib