Dərc edilib: 15-03-2017

https://www.nuh.az/9948-.html

Bakıda polis zabiti restoranda öldü

15.03.2017 15:52:17

Hadisə

Faktla bağlı araşdırma aparılır.

Paytaxtda restoranda ölüm hadisəsi baş verib. Nərimanov Rayon Polis İdarəsindən İstiPress-ə verilən məlumata görə, hadisə rayonun Həsənoğlu küçəsində yerləşən restoranda qeydə alınıb.

Restorandakı müştərilərdən biri, 1962-ci il təvəllüdlü Rövşən Kamil oğlu Abbasov qəfildən dünyasını dəyişib. Onun ürək tutmasından öldüyü ehtimal edilir. 

R.Abbasov təqaüddə olan polis zabitidir.

Faktla bağlı araşdırma aparılır.

 

 

  NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib