Dərc edilib: 15-03-2017

https://www.nuh.az/9950-.html

Qadın özünü qatarın altına atdı - Bakı metrosunda dəhşət

15.03.2017 16:38:51

Hadisə

Bakıda metro stansiyasında intihara cəhd hadisəsi baş verib.

“Qaynar”ın məlumatına görə, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Trend-ə bildirib ki, hadisə bu gün saat 10:40 radələrində metronun “Ulduz” stansiyasında baş verib. 1961-ci il təvəllüdlü Kərimova Hüsniyyə Tufan qızı qatar platformaya daxil olarkən özünü qatarın altına atıb. Maşinist dərhal qatarı saxlayıb və qadın relslərin arasından çıxarılıb.

İntihara cəhdin səbəbləri hələlik məlum deyil.

 

 

  NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib