Prezident İlham Əliyev 423 nəfəri əfv etdi –Qobustanda ömürlük həbsdə olan DİN generalının cəzası dəyişidirlidi - FƏRMAN
Azərbaycanda növbəti əfv verilib.
Azərbaycan prezidenti İlham Əliyev bu gün bu barədə fərman imzalayıb. Bu barədə Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev Strateq.az-a məlumat verib. Onun sözlərinə görə, siyahıda 423 nəfərin adı var. Ömürlük həbs cəzası almış 2 nəfərin cəza müddəti 15 ilə endirilib. Onlardan biri "Qara kəmər" əməliyyatı zamanı həbs edilmiş DİN-in Baş Cinayət-Axtarış İdarəsinin sabiq rəisi general Zakir Nəsirovdur. Siyahıda həmçinin "siyasi məhbus" adı ilə tanınan 7 nəfərin adı da var.
Bunlar Qənimət Zahidin qohumları olan Rüfət və Rövşən Zahidovlar, NİDA-çı Elvin Abdullayev, Əbdül Əbilovdur. Emin Millinin qaynı Nazim Ağabəyov da azadlığa buraxılıb.
REAL hərəkatının rəhbəri İlqar Məmmədovun və sabiq səhiyyə naziri Əli İnsanovun adı siyahıda yoxdur.
NUH.az