Dərc edilib: 17-03-2017

https://www.nuh.az/9978-.html

“Azərbaycan müəllimi” qəzetinə baş redaktor təyin olundu

17.03.2017 00:14:56

Maraqlı

Jurnalist Nurəddin Heydərov "Azərbaycan müəllimi" qəzetinə baş redaktor təyin olunub.


 Kaspi.az   bildirir ki, o, bu vəzifədə sabiq baş redaktor Bayram Hüseynzadəni əvəzləyib.

Nurəddin Heydərov 1998-ci ildən mətbuat sahəsində çalışır. 2002-ci ildən 2010-cu ilə kimi “Kaspi” qəzetinin baş redaktoru işləyib. Keçən il o, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsində çalışıb. Daha sonra o, Təhsil Nazirliyi yanında Təhsilə İctimai Dəstək layihəsinin rəhbəri təyin olunub.

Bayram Hüseynzadə bu gün Bakı Mühəndislik Universitetinə prorektor təyin edilib. O, uzun müddət Təhsil Nazirliyində İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışıb.

 

 

   NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib