Ermənilərə köməyə gedirdilər, qəzaya uğradıldılar... - İL-76 faciəsindən 37 il ötür
Akif Nağı: “Bu hadisə ermənilərə münasibətdə necə davranmaq məsələsinə işıq tutmalıdır”
7 dekabr 1988-ci il. Həmin tarixdə Ermənistanın şimalında - qədim Azərbaycan torpaqlarında 7 bal gücündə dağıdıcı zəlzələ baş vermişdi. Episentri Spitak şəhəri olan zəlzələ zamanı 25 mindən artıq adam ölmüş, 170 min nəfər isə xəsarət almışdı. Zəlzələdən sonra ilk olaraq Ermənistana Azərbaycan yardım əlini uzatmışdı. 11923 saylı hərbi hissənin heyətindən ibarət xilasedici dəstə hərbi hissənin komandiri Vaqif Əhmədovun rəhbərliyi ilə Ermənistanın zəlzələ baş vermiş Spitak şəhərinə çatmışdı. Onda azərbaycanlı briqada yüzlərlə yaralı ermənini dağıntılar altından xilas etdi. Düz 37 il öncə, dekabrın 11-də isə Azərbaycandan Spitaka yardım məqsədilə 78 nəfər könüllüdən ibarət ikinci qrup yığıldı. Lakin könüllüləri Spitaka aparan “İL-76" təyyarəsi Ermənistan ərazisində qəzaya uğradıldı.
Ermənistan rəsmiləri və mediası indiyədək bu təyyarə qəzasının qəsd yox, təsadüf olduğunu iddia edir. Erməni rəsmilər bildirirlər ki, “1988-ci il dekabrın 11-i səhər tezdən Gümrü hava limanına enişə az qalmış, Bakı-Gümrü reysi ilə hərəkət edən "İL-76" markalı yük təyyarəsi hava limanının 15 kilometrliyində dağa çırpılaraq qəzaya uğrayıb". 69 sərnişin və 10 heyət üzü arasında yalnız təsadüfdən təyyarənin qanad hissəsindəki yük maşınında olan Fəxrəddin Balayev sağ qalmışdı.
O zaman təyyarənin “qara qutu”su qəzanın səbəbi kimi pilotların səhvini göstərdi. Bildirilirdi ki, təyyarənin ekipajı guya uçuşdan əvvəl kifayət qədər istirahət edə bilməyib və qısa müddətdə bir neçə qrafikdən kənar uçuş həyata keçirib.
Həmin günlərdə keçmiş Yuqoslaviya Respublikasından yardım daşıyan təyyarə də Türkiyə səmasından keçdikdən az sonra Eçmiədzin və Armavir şəhərləri arasındakı ərazidə qəzaya uğramışdı. Bəzi məlumatlara görə, bu təyyarəni də erməni terrorçular Türkiyəyə məxsus olduğunu güman edərək vurmuşdular.
Üstündən 37 il keçəndən sonra qəzanın səbəbi necə görünür? Paşinyan hökuməti indi heç olmasa həqiqətin üzə çıxmasına kömək edə, hansısa sənədləri açıqlaya və ya Bakıya verə bilərmi? Nəhayət, düşmənçiliyin yeni-yenu başladığı bir dövrdə qonşuya yardım üçün tələsmək nə dərəcədə doğru qərar idi?

Akif Nağı
Azad Vətən Partiyasının sədri Akif Nağı “Yeni Müsavat”a bildirdi ki, bu hadisə əslində ermənilərə Azərbaycanda münasibətdə necə davranmaq məsələsinə işıq tutmalıdır: “Ermənilər dünyada yeganə millətdir ki, onun ağır günündə, faciəli günündə ona humanitar yardım üçün gələn insanları öldürməkdən çəkinməyib. Azərbaycandan humanitar dəstək üçün gedən təyyarəyə qarşı terroru məhz bu millət həyat keçirmişdi. Sonrakı illərdə isə ermənilərin Azərbaycana qarşı həyata keçirdikləri qanlı terrorlar, işğalçılıq məlumdur. Nikol Paşinyan da, unutmayın ki, ermənidir və maskalanıb. İnandırıcı deyil ki, o, 1988-ci ilin 11 dekabrında Spitaka köməyə gedən Azərbaycan təyyarəsinin qəzaya uğramadığını, vurulduğunu bəyan eləsin. Azərbaycan xalqı on illər boyu ermənilərə yaxşı münasibətdə olub, onlara heç zaman pislik etməyib, onlarla bir zamanlar çörəyini bölüb, onlara Azərbaycanın ən gözəl yerlərində yaşamaq, yaxşı yerlərdə işləmək imkanı yaradıb. Lakin heç bir erməni bu yaxşılıqlara qarşılıq verməyib. Əksinə, fürsət düşən kimi Azərbaycana qarşı bacardıqları pislikləri ediblər. Bundan sonra da hər kəs bilməlidir ki, ermənilər bizə heç vaxt dost olmayacaqlar. Üzdə Paşinyan kimi özünü guya sülhsevər, dostluq, yaxın qonşuluq etməyə çalışan kimi göstərə bilərlər, lakin qətiyyən səmimi olmayacaqlar. Tarixdə heç zaman ermənilər bizə qarşı səmimi olmayıblar. Bundan sonra da olası deyillər. Biz dövlət olaraq sülhün tərəfdarıyıq və bu mövqeyimizin həyata keçməsi üçün müvafiq addımlar atılmalıdır. Lakin bu, o demək deyil ki, arxayınlaşmalıyıq və ermənilərin bizə dost olacağına inanmalıyıq”.
Partiya sədri qeyd etdi ki, Nikol Paşinyan əgər səmimidirsə, Spitak zəlzələsində humanist missiya ilə oraya gedən azərbaycanlıların qətlə yetirildiyinə görə Azərbaycandan üzr istəməlidir: “Azərbaycandan azərbaycanlılar o vaxt hətta ermənilərə maddi yardımlar da göndərirdilər. Ermənilər isə xislətlərinə uyğun davrandılar. Spitak zəlzələsinə qədər artıq azərbaycanlıları Ermənistandan tarixi torpaqlarından deportasiya etməyə başlamışdılar, Qarabağda separartçı ermənilərin qondarma "miatsum" hərəkatı baş qaldırmışdı və Ermənistandan körüklənirdi. Belə bir vəziyyətdə Azərbaycan yenə də zəlzələ zamanı ermənilərə humanitar yardım etdi. Azərbaycan humanist sifətini göstərdi. Qarşılığında isə erməni terroru ilə üzləşdi. Biz xalq olaraq bunu unutmamalıyıq".
Etibar SEYİDAĞA,
- Hərbçilərimz Türkiyədə birgə təlimdə - Fotolar
11 aprel 2026 12:36
- Ağdaban soyqırımından 34 il ötür
8 aprel 2026 00:37
- Azərbaycan Ordusunun Aprel qələbəsindən 10 il ötür
2 aprel 2026 12:31
- 31 Mart soyqırımından 108 il ötür
31 mart 2026 00:29
- Xocalı faciəsindən 2 ay əvvəl Prezident Ayaz Mütəllibova MÜRACİƏTLƏR
26 fevral 2026 11:50
- Bəşər tarixinin üzqarası: Xocalı soyqırımından 34 il ötür
26 fevral 2026 00:40
- İlham Əliyev Münhendə France 24 telekanalına müsahibə verdi (VİDEO)
14 fevral 2026 12:27
- Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 142 il ötür
31 yanvar 2026 11:37
- Daşaltı əməliyyatından 34 il ötür
25 yanvar 2026 11:56
- Azərbaycan, Qazaxıstan, Rusiya və ICAO-nun birgə rəyi - Təyyarəmiz vurulub
26 dekabr 2025 13:35
- Macarıstanla münasibətlərə zərər gəlməyəcək- Deputat Cavanşir Feyziyev
14 aprel 23:54
- Bakının bəzi ərazilərinə şiddətli dolu yağır
14 aprel 23:37
- Ağsu şəhəri QARANLIQ içindədir, İŞIQLAR yanmır və üstəlik küçələri sahibsiz itlər basıb...
14 aprel 22:45
- Uşaq qidasından həşərat çıxıb? - Nəzarətə götürüldü
14 aprel 21:02
- Anar Bayramov TƏBİB-in İcraçı direktoru təyin edildi
14 aprel 20:34
- Kəmaləddin Heydərova iki müavin təyin edildi
14 aprel 19:10
- Qənirə Paşayevanın xatirəsinə reabilitasiya mərkəzi açılır – Qadınlar üçün...
14 aprel 17:30
- Kılıçdaroğlu barəsində həbs qərarı çıxarıldı
14 aprel 17:09
- İlham Əliyev yeni səfirləri qəbul etdi (YENİLƏNİB)
14 aprel 13:12
- Ermənistana getmərəm, çünki YARAM SAĞALMAYIB... – Aqil Abbas
14 aprel 11:57
- Rus dilində olan kənd adlarını dəyişdirəcəklər
14 aprel 11:44
- Bu ölkə həm də Şərq ənənələrinə bağlıdır
14 aprel 11:35
- ABŞ və İran yenidən masaya oturur: tarix və məkan açıqlandı
13 aprel 23:35
- Lalə Şövkət daha siyasətlə maraqlanmır (AÇIQLAMA)
13 aprel 21:11
- Dövlət xərclərinə nəzarət gücləndirilməlidir - DEPUTAT
13 aprel 20:03
- Azərbaycan gimnastları dünya kubokunda QIZIL MEDAL qazandılar
13 aprel 18:25
- Xalq artisti vəfat etdi
13 aprel 18:14
- Kuba prezidenti: ABŞ-dan qorxmuram, inqilab uğrunda canımı verməyə hazıram
13 aprel 17:11
- Orxan Səttarov Prezidentin Mətbuat katibi təyin edildi
13 aprel 14:27
- Litvanın Azərbaycandakı səfiri KATIN qətliamı ilə bağlı paylaşım etdi
13 aprel 14:18
- Pensiyalar SABAH ödəniləcək
13 aprel 13:11
- ELMİN VƏ HUMANİZMİN VƏHDƏTİ – AKADEMİK ZƏRİFƏ ƏLİYEVA
13 aprel 12:46
- Şahin Şıxlinski və oğluna hökm oxundu
13 aprel 11:58
- Türkiyədən 1 milyard dollar və ölkənin ən gözəl qadınını - Tələb etdi )))))
13 aprel 11:41
- Ürəyinizi saat kimi işlədəcək 12 MÖCÜZƏVİ QİDA
13 aprel 00:18
- Orban uduzdu, müxalifət liderini təbrik etdi
12 aprel 23:56
- Tramp: İranı bir gündə silərəm
12 aprel 23:05
- Xərçəng riskini azaldır
12 aprel 20:08
- İrandakı səfirliyimiz fəaliyyətini bərpa etdi
12 aprel 19:53
- Erməni əsirliyindəki tovuzlu Tamaranın qardaşına MƏKTUBU - Canım sənə qurban, nə olar məni...
12 aprel 16:27
