Alim aqronom: Yaşıllaşdırma Təsərrüfatı Birliyində -yaşıl biznes- qurulub
Dünya4 fevral 2026 15:45
Son zamanlar Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi ilə bağlı mediada çoxsaylı məlumatlar dərc olunur. Qurumun keçmiş əməkdaşı, Azərbaycan Milli Elmlər Akademiyasının Dendrologiya İnstitutunda baş aqronom işləmiş Alim Xanəhməd Əsgərov redaksiyamızla əlaqə saxlayaraq bir çox faktları üzə çıxarıb.
Məsələ ilə bağlı Tribuna.az-a açıqlama verən Əsgərov Xanəhməd Əli oğlu bildirib ki, Su Quyuların Təmiri və İstismarı İdarəsinə dövlətimiz tərəfindən təyinatı üzrə yaşıllaşdırma, suvarılma və lazimi ləvazimatların alınması üçün 3 milyon 302 min manat vəsait ayrılıb. Buna baxmayaraq heç biri quyu qazdırılmayıb. Yaşar Salahovun şəxsi şirkəti olan "Yaşıl Çinar MMC”-yə ödənişləri köçürərək dövlətin ayırdığı pulları mənimsəyirlər. Mirdaməd Seyidov Yaşar Salahovu müvan təyin edib. Bu idarəyə gələndən Yaşıllaşdırma Təsərrüfatı Birliyi bitki mühafizəsi şöbəsi var. Vətəndaşlar tərəfindən müraciət olanda onlara ünvanlanır. Yaşıl ağacların kəsilməsində çox pul olduğuna görə bu vəzifəni o vaxtdan Yaşar Salahova verib. Gecə-gündüz oğurluqla kəsilən ağacları Mirdaməd Seyidov Yaşar Salahovun əli ilə qazanır. Yaşar Salahov Mirdaməd Seyidovun "qara kassas”ıdır. Maliyyə Nazirliyi tərəfindən yoxlama aparılıb, 7 milyon 600 min manat yeyinti aşkarlanıb. Heç bir nəticə də əldə edilməyib. 2 ay 15 gün yoxlama olur, istisna hallarda 3 ay da ola bilər. 3 aydan artıq yoxlama varsa, hüquq-mühafizə orqanları işə cəlb edilməlidir. Niyə onlara məlumat verilmir? Belə çıxır ki, maliyyə naziri öz haqqını alıb. Bakı şəhəri Yaşıllaşdırma Təsərrüfatı Birliyinin nəzdində Su Quyuları İstismarı və Təmiri İdarəsi var. Həmin idarənin rəisi Yaşar Salahov olub və indi də həmin idarəyə Yaşar Salahov rəhbərlik edir, başqa adam təyin etməyiblər.

Xanəhməd Əsgərovun sözlərinə görə, Su quyularının qazılması və ağac kəsdirməni Mirdaməd Seyidov qeyri-leqal şəkildə bitki müalicəsi şöbəsinin əlindən alıb Yaşar Salahova verib. Həmin maşınlar da ona verilib. Mirdaməd Seyidov orada baş direktordur. Mirdaməd Seyidov işdən çıxmayıb. Çünki M. Seyidov Yaşarı vəzifəyə gətirib. Onlar ikisi bir adamdırlar. Orada da tender keçiriblər və Bakı şəhərində ağacların kəsilməsi, üçün su quyularının qazılması, təyinatı üzrə 3 milyon 302 min manat pul ayrılıb. Ancaq bu pul ortada yoxdur. Bir dənə də quyu yoxdur. Mirdaməd Seyidov özü hərbçidir.

Nizami rayonunun komissarı işləyib. Yaşarla əlbir olaraq bütün oğurluqları bərabər edirlər. Yaşıllaşdırma Təsərrüfatının nəzdində ağac-bəzək bitkiləri savxozu var. Həmin savxozun işi ondan ibarətdir ki, Bakı şəhərinə lazım olan gülü, çiçəyi əkib, becərib vermək. Ancaq bunlar tender edərək gülü, çiçəyi pulsuz götürürlər ayrı yerdən guya aldılar kimi qələmə verirlər. Dövlətin büdcəsini bu yolla talayırlar. Qurumdan mənə məktub gəlib və Mirdaməd Seyidov mənə yazıb: "Sənin dediyin faktların heç biri doğru deyil”. Mən baş prokurorluğa belə müraciət edirəm. Demişəm ki, 3 milyondan çox pul oğurlanıb. Prokuror müəyyən səbəblərdən oranı yoxlaya bilmədiyini dedi. Hətta Ekologiya Nazirliyinə də məsələ ilə bağlı müraciət etdim. Nazirin birinci müavini ilə görüşdüm. Mənə bildirdilər ki, "ora biz yox, Eldar Əzizov baxır”. Eyni zamanda mən Mehriban xanıma da müraciət etdim. Bir müddətdən sonra mənə Yaşıllaşdırmadan mənə məktub gəlir ki, "Sizin Bakı şəhəri İcra Hakimiyyətinə olan müraciətinizə Yaşıllaşdırma İdarəsində baxılıbdır”. Yəni, oğurluq edən təsərrüfat mənim şikayətimə baxır. Prezident deyir ki, şikayət olunan ünvana şikayətçinin məktubunu göndərməyin, araşdırın. Əgər mənim qurum haqqında dediklərim yalandırsa, iş qaldırın. Yalan olsaydı, mənim torbamı indiyə qədər tikmişdilər. Həmin ağac-bəzək savxozunda bir sexi mən yaratmışdım. İlə 3 milyon bitki yetişdirirdim. İndi heç 300 min də yetişdirə bilmirlər. Mən bu qanunsuzluqları dövlətimizə, dövlətçiliyimizə, Prezidentə dəstək olmağa görə işıqlandırıram. Çünki dövlətin büdcəsini talayırlar. Xırdalıqları ölkə başçısına çatdırmırlar. Prezident Administrasiyasında Süleyman İsmayılov var, məktublar şöbəsinin müdiridir. S. İsmayılov orada alver edir və məktubları itirir.
Sonda Xanəhməd Əsgərov bildirib ki, qurumda ali təhsili olmayan gənc qadınlar işlə təmin olunur. Belə ki, Yaşıllaşdırma Təssərrüfatı Birliyin müavini vəzifəsini müvəqqəti icra edən Yaşar Salahov şəxsi "tanlşlarını” mütəxəssis adıyla işə qəbul etdirir. Onlardan biri də qurumun mətbuat katibi Nərmin adlı xanımdır.
Məsələ ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinin Mətbuat Xidməti ilə dəfələrlə əlaqə saxlamağa çalışsaq da cəhdlərimiz boşa çıxdı, sorğularımız cavabsız qaldı.
Tərəflərin mövqelərini işıqlandırmağa hazırıq.
Oxşar xəbərlər
- Partiya sədrlərinin ixtisası: tarixçi, hüquqşünas, həkim, jurnalist...
15 aprel 2026 11:11
- Bu gün akademik Zərifə Əliyevanın anım günüdür
15 aprel 2026 10:54
- Bu ölkə həm də Şərq ənənələrinə bağlıdır
14 aprel 2026 11:35
- ELMİN VƏ HUMANİZMİN VƏHDƏTİ – AKADEMİK ZƏRİFƏ ƏLİYEVA
13 aprel 2026 12:46
- Ürəyinizi saat kimi işlədəcək 12 MÖCÜZƏVİ QİDA
13 aprel 2026 00:18
- Qaqarinin varisləri - İlk kosmonavtın qızlarının başına nə gəlib?
12 aprel 2026 14:45
- Ramiz Mehdiyevə yaxın kəşfiyyat rəhbəri haqda şok iddialar
11 aprel 2026 13:44
- İşığa çevrilən ömür: Elmin, mərhəmətin və mənəvi ucalığın simvolu
10 aprel 2026 13:46
- Prezident İlham Əliyev Qazaxıstanın xarici işlər və nəqliyyat nazirlərini qəbul edib
8 aprel 2026 13:40
- İlham Əliyev və İrakli Kobaxidze mətbuata bəyanatlarla çıxış etdi (YENİLƏNİB)
6 aprel 2026 15:28
Xəbər lenti
- Tramp: İran münaqişəsi sona yaxınlaşır
15 aprel 11:48
- Partiya sədrlərinin ixtisası: tarixçi, hüquqşünas, həkim, jurnalist...
15 aprel 11:11
- Bu gün akademik Zərifə Əliyevanın anım günüdür
15 aprel 10:54
- Macarıstanla münasibətlərə zərər gəlməyəcək- Deputat Cavanşir Feyziyev
14 aprel 23:54
- Bakının bəzi ərazilərinə şiddətli dolu yağır
14 aprel 23:37
- Ağsu şəhəri QARANLIQ içindədir, İŞIQLAR yanmır və üstəlik küçələri sahibsiz itlər basıb...
14 aprel 22:45
- Uşaq qidasından həşərat çıxıb? - Nəzarətə götürüldü
14 aprel 21:02
- Anar Bayramov TƏBİB-in İcraçı direktoru təyin edildi
14 aprel 20:34
- Kəmaləddin Heydərova iki müavin təyin edildi
14 aprel 19:10
- Qənirə Paşayevanın xatirəsinə reabilitasiya mərkəzi açılır – Qadınlar üçün...
14 aprel 17:30
- Kılıçdaroğlu barəsində həbs qərarı çıxarıldı
14 aprel 17:09
- İlham Əliyev yeni səfirləri qəbul etdi (YENİLƏNİB)
14 aprel 13:12
- Ermənistana getmərəm, çünki YARAM SAĞALMAYIB... – Aqil Abbas
14 aprel 11:57
- Rus dilində olan kənd adlarını dəyişdirəcəklər
14 aprel 11:44
- Bu ölkə həm də Şərq ənənələrinə bağlıdır
14 aprel 11:35
- ABŞ və İran yenidən masaya oturur: tarix və məkan açıqlandı
13 aprel 23:35
- Lalə Şövkət daha siyasətlə maraqlanmır (AÇIQLAMA)
13 aprel 21:11
- Dövlət xərclərinə nəzarət gücləndirilməlidir - DEPUTAT
13 aprel 20:03
- Azərbaycan gimnastları dünya kubokunda QIZIL MEDAL qazandılar
13 aprel 18:25
- Xalq artisti vəfat etdi
13 aprel 18:14
- Kuba prezidenti: ABŞ-dan qorxmuram, inqilab uğrunda canımı verməyə hazıram
13 aprel 17:11
- Orxan Səttarov Prezidentin Mətbuat katibi təyin edildi
13 aprel 14:27
- Litvanın Azərbaycandakı səfiri KATIN qətliamı ilə bağlı paylaşım etdi
13 aprel 14:18
- Pensiyalar SABAH ödəniləcək
13 aprel 13:11
- ELMİN VƏ HUMANİZMİN VƏHDƏTİ – AKADEMİK ZƏRİFƏ ƏLİYEVA
13 aprel 12:46
- Şahin Şıxlinski və oğluna hökm oxundu
13 aprel 11:58
- Türkiyədən 1 milyard dollar və ölkənin ən gözəl qadınını - Tələb etdi )))))
13 aprel 11:41
- Ürəyinizi saat kimi işlədəcək 12 MÖCÜZƏVİ QİDA
13 aprel 00:18
- Orban uduzdu, müxalifət liderini təbrik etdi
12 aprel 23:56
- Tramp: İranı bir gündə silərəm
12 aprel 23:05
Video & Fotoqalereya
Video
Fotoqalereya
