Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
Siyasət23 mart 2026 21:11
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 23-də Şamaxı rayonuna səfər edib.
Qaynarinfo xəbər verir ki, dövlətimizin başçısı xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib.
Prezident Şamaxıda "Şirvan Aqro" heyvandarlıq kompleksinin açılışında iştirak etdi
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 23-də Şamaxı rayonunda "Şirvan Aqro” heyvandarlıq kompleksinin açılışında iştirak edib.
Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov dövlətimizin başçısına kompleks barədə məlumat verib.
Bildirilib ki, 100 hektara yaxın ərazini əhatə edən kompleksin yaradılmasında məqsəd ölkə əhalisinin yüksəkkeyfiyyətli süd və ət məhsulları ilə təmin olunmasına, bu məhsulların ixracına, həmçinin regionun inkişafına, xüsusən də Şamaxı və ətraf rayonlarda məşğulluğun artırılmasına töhfə verməkdir.
Kompleksdə 9000 baş heyvanın - 3200 baş südlük, 3000 baş ətlik mal-qaranın və 2800 baş buzovun saxlanılmasına şərait var. Hazırda burada Holşteyn-Friz, Limuzin, Aberdin-Anqus və digər cinslərdən heyvanlar saxlanılır.
Ən son texnologiyalarla təchiz edilən və süni intellekt vasitələri ilə idarə olunan bu kompleks Qafqaz regionunda və MDB məkanında ən böyük heyvandarlıq müəssisələrindən biridir.
Bura ölkəmizdə alternativ və yaşıl enerjidən istifadə edən ilk heyvandarlıq kompleksidir.
Kompleksdə yüksəkixtisaslı mütəxəssislərin hazırlanması üçün dünyanın qabaqcıl texnologiyalarının tətbiqini öyrədəcək Təlim-Tədris Mərkəzi də fəaliyyət göstərəcək.
Müəssisədə Azərbaycanın və Cənubi Qafqazın ən böyük "Karusel” tipli süd sağımı, həmçinin "Paralel” sağım sistemləri yaradılıb. Hər bir sağım nöqtəsində süd keyfiyyətinin onlayn analizatoru quraşdırılıb. Ölkədə südün 32 dərəcədən 4 dərəcəyədək sürətli soyudulması üçün qabaqcıl sistem, həmçinin dünyadakı ən son genetik materiallar əsasında fəaliyyət göstərən, süd həcminin artırılmasını təmin edən ilk Reproduksiya Mərkəzi yaradılıb.
Saxlanılan heyvanlar arasında xəstəliklərin erkən diaqnozu və tez bir zamanda müalicəsi üçün tətbiq olunan innovativ sürü idarəetmə sistemi mövcuddur. Burada real vaxtda sürü inkişafı monitorinqinin həyata keçirilməsi, kökəltmənin səmərəli idarə edilməsi və çəkinin elektron hesablanması üçün xüsusi tərəzi sistemi tətbiq olunur.
Heyvanların identifikasiya və sağlamlıq vəziyyətinin qeydiyyatı, eyni zamanda, mayalanmanın dəqiq vaxtının müəyyən edilməsi üçün "AfiCollar” elektron boyunbağlarından istifadə olunur.
Kompleksdə innovativ və xüsusi stasionar avadanlıqlarla təchiz edilən yem mərkəzi də fəaliyyət göstərir. Burada, həmçinin innovativ sistemlərlə təchiz olunan, "Dry Age” otağına malik ət kəsimi məntəqəsi yaradılıb.
Müəssisədə Şamaxı və ətraf rayonların 200-dən çox sakini işlə təmin olunub. Kompleksin ərazisində digər rayonlardan buraya işləməyə gələnlər və xarici mütəxəssislərin qalması üçün yaşayış binası da var.
x x x
Sonra dövlətimizin başçısı müəssisənin əməkdaşları ilə görüşüb.
Görüşdə çıxış edən Prezident İlham Əliyev deyib:
-Təbrik edirəm. Yüzlərlə iş yeri, gözəl şərait yaradırıq. Bu müəssisənin həm Şamaxı rayonunun, həm də ümumilikdə ölkəmizin kənd təsərrüfatının inkişafı üçün çox böyük əhəmiyyəti var. Bu, nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük həm ətlik, həm südlük təsərrüfatıdır. Bizdə indi idxal həcminin azaldılması istiqamətində işlər aparılır. Biz elə etməliyik ki, özümüzü həm ətlə, həm südlə, süd məhsulları ilə 100 faiz təmin edək. Buna yaxınıq, amma hələ ki, buna nail ola bilməmişik. Belə təsərrüfatların fəaliyyətə başlaması bu məqsədi də təmin edəcək və gələcəkdə biz hətta ət və süd məhsullarını ixrac edə də bilərik.
Əlbəttə ki, burada iş şəraiti də çox gözəldir. Xüsusi deyə bilərəm ki, bu kompleks kənd təsərrüfatı və kənd təsərrüfatı məhsullarının emalı sahəsində ən müasir təsərrüfatlardan biridir. Burada tətbiq edilən texnologiyalar qabaqcıl şirkətlərin texnologiyalarıdır. Dünyanın ən yüksəksəviyyəli iş yanaşması burada tətbiq olunur. Bir daha qeyd etmək istəyirəm ki, Şamaxı rayonunda məşğulluğun artırılması üçün də bu müəssisənin çox böyük əhəmiyyəti olacaq.
Siz də yaxşı bilirsiniz ki, bu gün Şamaxı rayonunda çox böyük işlər görülür. Şamaxı ölkəmizin turizm mərkəzlərindən birinə çevrilib. Bir çox müasir istirahət zonaları, hotellər, iaşə, mədəniyyət, təhsil obyektləri yaradılıb. Şamaxı-Bakı avtomobil yolu da çox müasirdir. İndi həm Bakı ilə, həm ölkəmizin həm qərb, şimal-qərb bölgələri ilə əlaqə üçün yeni imkanlar var. İndi Şamaxı-İsmayıllı-Qəbələ yeni avtomobil yolu inşa edilir. Orada inşa olunan körpü ölkəmizdə ən böyüyüdür, yəqin ki, biz onu gələn il istifadəyə verəcəyik. Ölkə ərazisində bağlantılar məsələləri də öz həllini tapır. Elə etməliyik ki, insanlarımız daha yaxşı yaşasın, iş yerləri olsun, dolanışıq yaxşı olsun.
Bu bayram günlərində belə müəssisənin açılışı əlbəttə ki, böyük rəmzi məna daşıyır. Bu günlərdə biz həm Ramazan, həm Novruz bayramlarını qeyd etmişik və bütün ölkə üzrə çox gözəl ab-hava, çox gözəl ovqat var. Bunun da əsas səbəbi ölkəmizin inkişafı, bizim qalib xalq kimi yaşamağımız və gələcəyə böyük nikbinliklə baxmağımızdır.
Sizi bir daha ürəkdən təbrik edirəm və uğurlar arzulayıram.
Müəssisənin əməkdaşları: Çox sağ olun.
x x x
Qeyd edək ki, bu cür müasir kompleksin istifadəyə verilməsi ilk növbədə kənd təsərrüfatının mühüm sahələrindən olan heyvandarlığın inkişafına və ərzaq təhlükəsizliyinin təmin olunmasına töhfə verir. Layihənin icrası, həmçinin ümumilikdə regionun kənd təsərrüfatı potensialının artırılmasında böyük rol oynayır. Bu cür təsərrüfatlarda müasir texnologiyaların tətbiqi isə məhsuldarlığın artırılmasına, heyvanların sağlam şəraitdə saxlanmasına və istehsal xərclərinin azaldılmasına zəmin yaradır. Bu kompleksin fəaliyyətə başlaması, eyni zamanda, ölkəmizin ixrac potensialının artırılmasına müsbət təsir edəcək.
***
Martın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Heydər Əliyev Fondu tərəfindən inşa edilmiş Şamaxı Avropa liseyinin yeni binasının açılışında iştirak edib.
Prezidentin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına liseydə yaradılmış şərait barədə məlumat verib.
Bildirilib ki, Avropa liseyinin yerləşdiyi əvvəlki bina 1937-ci ildə inşa edilmişdi. Təhsil müəssisəsinin 1987-ci ildə yenidən qurulan binası isə ötən müddətdə istifadəyə yararsız hala düşdüyündən Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən yeni lisey binası inşa olunub.
Üç və dördmərtəbəli 7 korpusdan ibarət 1200 şagird yerlik bu təhsil müəssisəsi rayonun ən böyük məktəblərindəndir. Lisey zəruri mebel və avadanlıqla, fənn kabinetləri və laboratoriyalar isə əyani vəsaitlərlə təchiz edilib.
Burada 50-dən çox sinif otağı, fizika, kimya və biologiya laboratoriyaları, informatika və STEAM, hərbi təlim, tibb və əmək təlimi otaqları, kitabxana, yeməkxana, akt və idman zalları, həmçinin açıq idman meydançası yaradılıb.
Liseyin yeni binası Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən "Yeniləşən Azərbaycana yeni məktəb” Proqramı çərçivəsində inşa edilib.
Qeyd edək ki, Azərbaycanda təhsil sahəsinin inkişafı dövlət siyasətinin əsas prioritetlərindən biridir. Dövlət səviyyəsində bu istiqamətdə həyata keçirilən işlərə Heydər Əliyev Fondu da böyük töhfələr verir. Fondun "Yeniləşən Azərbaycana yeni məktəb” Proqramı çərçivəsində indiyədək ölkəmizdə 500-dən çox məktəb istifadəyə verilib.
Paytaxt Bakı ilə yanaşı, bölgələrdə bu cür layihələrin icrası ilk növbədə regionlarda yaşayan şagirdlərin yüksək səviyyədə təhsil almalarına, onların elmin sirlərinə daha dərindən yiyələnmələrinə hərtərəfli şərait yaradır. Bu, eyni zamanda, ölkəmizdə ümumilikdə təhsil sahəsinin inkişafını əyani şəkildə göstərir.


Oxşar xəbərlər
- İlham Əliyev yeni səfirləri qəbul etdi (YENİLƏNİB)
14 aprel 2026 13:14
- Ermənistana getmərəm, çünki YARAM SAĞALMAYIB... – Aqil Abbas
14 aprel 2026 11:57
- Rus dilində olan kənd adlarını dəyişdirəcəklər
14 aprel 2026 11:44
- Bu ölkə həm də Şərq ənənələrinə bağlıdır
14 aprel 2026 11:35
- Xalq artisti vəfat etdi
13 aprel 2026 18:14
- Kuba prezidenti: ABŞ-dan qorxmuram, inqilab uğrunda canımı verməyə hazıram
13 aprel 2026 17:11
- Orxan Səttarov Prezidentin Mətbuat katibi təyin edildi
13 aprel 2026 14:27
- Litvanın Azərbaycandakı səfiri KATIN qətliamı ilə bağlı paylaşım etdi
13 aprel 2026 14:18
- Türkiyədən 1 milyard dollar və ölkənin ən gözəl qadınını - Tələb etdi )))))
13 aprel 2026 11:41
- Orban uduzdu, müxalifət liderini təbrik etdi
12 aprel 2026 23:56
Xəbər lenti
- Macarıstanla münasibətlərə zərər gəlməyəcək- Deputat Cavanşir Feyziyev
14 aprel 23:54
- Bakının bəzi ərazilərinə şiddətli dolu yağır
14 aprel 23:37
- Ağsu şəhəri QARANLIQ içindədir, İŞIQLAR yanmır və üstəlik küçələri sahibsiz itlər basıb...
14 aprel 22:45
- Uşaq qidasından həşərat çıxıb? - Nəzarətə götürüldü
14 aprel 21:02
- Anar Bayramov TƏBİB-in İcraçı direktoru təyin edildi
14 aprel 20:34
- Kəmaləddin Heydərova iki müavin təyin edildi
14 aprel 19:10
- Qənirə Paşayevanın xatirəsinə reabilitasiya mərkəzi açılır – Qadınlar üçün...
14 aprel 17:30
- Kılıçdaroğlu barəsində həbs qərarı çıxarıldı
14 aprel 17:09
- İlham Əliyev yeni səfirləri qəbul etdi (YENİLƏNİB)
14 aprel 13:12
- Ermənistana getmərəm, çünki YARAM SAĞALMAYIB... – Aqil Abbas
14 aprel 11:57
- Rus dilində olan kənd adlarını dəyişdirəcəklər
14 aprel 11:44
- Bu ölkə həm də Şərq ənənələrinə bağlıdır
14 aprel 11:35
- ABŞ və İran yenidən masaya oturur: tarix və məkan açıqlandı
13 aprel 23:35
- Lalə Şövkət daha siyasətlə maraqlanmır (AÇIQLAMA)
13 aprel 21:11
- Dövlət xərclərinə nəzarət gücləndirilməlidir - DEPUTAT
13 aprel 20:03
- Azərbaycan gimnastları dünya kubokunda QIZIL MEDAL qazandılar
13 aprel 18:25
- Xalq artisti vəfat etdi
13 aprel 18:14
- Kuba prezidenti: ABŞ-dan qorxmuram, inqilab uğrunda canımı verməyə hazıram
13 aprel 17:11
- Orxan Səttarov Prezidentin Mətbuat katibi təyin edildi
13 aprel 14:27
- Litvanın Azərbaycandakı səfiri KATIN qətliamı ilə bağlı paylaşım etdi
13 aprel 14:18
- Pensiyalar SABAH ödəniləcək
13 aprel 13:11
- ELMİN VƏ HUMANİZMİN VƏHDƏTİ – AKADEMİK ZƏRİFƏ ƏLİYEVA
13 aprel 12:46
- Şahin Şıxlinski və oğluna hökm oxundu
13 aprel 11:58
- Türkiyədən 1 milyard dollar və ölkənin ən gözəl qadınını - Tələb etdi )))))
13 aprel 11:41
- Ürəyinizi saat kimi işlədəcək 12 MÖCÜZƏVİ QİDA
13 aprel 00:18
- Orban uduzdu, müxalifət liderini təbrik etdi
12 aprel 23:56
- Tramp: İranı bir gündə silərəm
12 aprel 23:05
- Xərçəng riskini azaldır
12 aprel 20:08
- İrandakı səfirliyimiz fəaliyyətini bərpa etdi
12 aprel 19:53
- Erməni əsirliyindəki tovuzlu Tamaranın qardaşına MƏKTUBU - Canım sənə qurban, nə olar məni...
12 aprel 16:27
Video & Fotoqalereya
Video
Fotoqalereya
