Moskvada anti-Azərbaycan tədbiri
Rusiya Ermənilər İttifaqının prezidenti Paşinyan hökumətini Bakıya “birtərəfli kompromisdə” ittiham edib
Rusiya Erməniləri İttifaqının prezidenti Ara Abramyanın Moskvada ictimaiyyətlə görüşü keçirilib.
Musavat.com Rusiya mediasına istinadən xəbər verir ki, görüşdə Ermənistandakı seçkilər, Qarabağ erməniləri və Rusiya-Ermənistan münasibətləri müzakirə edilib.
Ara Abramyan qeyd edib ki, bu gün Ermənistanda baş verənlər yalnız utancverici kimi təsvir edilə bilər. Onun sözlərinə görə, hökumət öz xalqını qorxudur. “Bu gün əgər hökumət yalnız öz xalqının rifahı üçün çalışsaydı, Ermənistan dünyanın aparıcı ölkələrindən biri olardı” deyə, Abramyan deyib.
Görüşdə kilsə-hökumət qarşıdurması xüsusi müzaklirə mövzusu olub. “Erməni kilsəsi Paşinyanın elan etdiyi qondarma Dördüncü Respublikadan 1700 il böyükdür və katolikos təkcə Ermənistanda yaşayanların deyil, bütün dünyadakı ermənilərin mənəvi lideridir. Ermənistan rəhbərinin müdaxilə etmək və kilsənin başında sadiq bir fiqur oturtmağa çalışmaq üçün nə mənəvi, nə də hüquqi səlahiyyəti var”, - deyə Abramyan vurğulayıb.
Görüşdə Ermənistan və Azərbaycan arasındakı münasibətlərə də toxunulub. Abramyana görə, Ermənistanın öz dövlət mənafeyini deyil, Azərbaycanı razı salmaq üçün hərəkət edir.
“Müharibədə ikitərəfli kompromis qələbədir. Lakin birtərəfli kompromis məğlubiyyətdən daha pisdir. Xalqımız Qarabağı tərk etdi, əmlaklarını, fabriklərini, emalatxanalarını, məktəblərini və muzeylərini qoyub getdi. Kompromis də elə bu idi. Bütün bu müddət ərzində kompromislə yaşamışıq. Sülhə çatmaq üçün bir komissiya yaratdıq, vasitəçilərlə - Rusiya, Fransa və Amerika ilə daim görüşdük. Və bu işə yaraya bilərdi; sadəcə bir az cəsarət lazım idi. Amma təəssüf ki, Ermənistan rəhbərliyində bu cəsarət çatmırdı. Onlar birtərəfli kompromis seçdilər. Prinsipcə, burada heç bir kompromis olmamalı idi. Biz güclü olmalı idik, amma təəssüf ki, dünyada yalnız Rusiya, Amerika, Avropa Birliyi və Çin güclü adlandırıla bilər. Onlardan kim bizi müdafiə etməyə hazırdır? Rusiya. Və Rusiya deyir: əgər Ermənistan rəhbərliyi erməni xalqının rifahı üçün çalışsaydı, heç vaxt ərazilərimizi ələ keçirməzdi. Heç vaxt!”, - deyə Ara Abramyan bildirib.
Abramyan deyib ki, Rusiya-Ermənistan münasibətləri ən aşağı səviyyədədir. “Ən böyük dostumuz Rusiyadır. O, bizim müdafiəmizdir. Rusiya ilə Ermənistan arasında dostluq əlaqələri zəifləyib — bu, əvvəllər heç vaxt olmayıb! Hamı bunun kimin günahkar olduğunu çox yaxşı başa düşür”, - deyə Abramyan bildirib.
Rusiyada yaşayan milyarder iş adamı, Rusiya Erməniləri İttifaqının rəhbəri Abramyan Azərbaycanın ərazi bütövlüyünü açıq şəkildə sual altına alan və müharibə ritorikasını dəstəkləyən açıqlamaları ilə tanınıb. Müxtəlif çıxışlarında o, nifrət ritorikası ilə dolu ifadələr işlədərək Azərbaycanı hədəf alıb. Onun rəhbərlik etdiyi təşkilat erməni diasporu daxilində anti-Azərbaycan təbliğatının maliyyə mənbələrindən biri hesab olunur. Abramyan hazırda Ermənistanda sülh proseslərinə qarşı fəaliyyət göstərən revanşist qruplara dəstək verir.
- Macarıstanla münasibətlərə zərər gəlməyəcək- Deputat Cavanşir Feyziyev
14 aprel 2026 23:54
- Anar Bayramov TƏBİB-in İcraçı direktoru təyin edildi
14 aprel 2026 20:34
- Kəmaləddin Heydərova iki müavin təyin edildi
14 aprel 2026 19:10
- Qənirə Paşayevanın xatirəsinə reabilitasiya mərkəzi açılır – Qadınlar üçün...
14 aprel 2026 17:30
- İlham Əliyev yeni səfirləri qəbul etdi (YENİLƏNİB)
14 aprel 2026 13:14
- Bu ölkə həm də Şərq ənənələrinə bağlıdır
14 aprel 2026 11:35
- Lalə Şövkət daha siyasətlə maraqlanmır (AÇIQLAMA)
13 aprel 2026 21:11
- Azərbaycan gimnastları dünya kubokunda QIZIL MEDAL qazandılar
13 aprel 2026 18:25
- Xalq artisti vəfat etdi
13 aprel 2026 18:14
- Orxan Səttarov Prezidentin Mətbuat katibi təyin edildi
13 aprel 2026 14:27
- Macarıstanla münasibətlərə zərər gəlməyəcək- Deputat Cavanşir Feyziyev
14 aprel 23:54
- Bakının bəzi ərazilərinə şiddətli dolu yağır
14 aprel 23:37
- Ağsu şəhəri QARANLIQ içindədir, İŞIQLAR yanmır və üstəlik küçələri sahibsiz itlər basıb...
14 aprel 22:45
- Uşaq qidasından həşərat çıxıb? - Nəzarətə götürüldü
14 aprel 21:02
- Anar Bayramov TƏBİB-in İcraçı direktoru təyin edildi
14 aprel 20:34
- Kəmaləddin Heydərova iki müavin təyin edildi
14 aprel 19:10
- Qənirə Paşayevanın xatirəsinə reabilitasiya mərkəzi açılır – Qadınlar üçün...
14 aprel 17:30
- Kılıçdaroğlu barəsində həbs qərarı çıxarıldı
14 aprel 17:09
- İlham Əliyev yeni səfirləri qəbul etdi (YENİLƏNİB)
14 aprel 13:12
- Ermənistana getmərəm, çünki YARAM SAĞALMAYIB... – Aqil Abbas
14 aprel 11:57
- Rus dilində olan kənd adlarını dəyişdirəcəklər
14 aprel 11:44
- Bu ölkə həm də Şərq ənənələrinə bağlıdır
14 aprel 11:35
- ABŞ və İran yenidən masaya oturur: tarix və məkan açıqlandı
13 aprel 23:35
- Lalə Şövkət daha siyasətlə maraqlanmır (AÇIQLAMA)
13 aprel 21:11
- Dövlət xərclərinə nəzarət gücləndirilməlidir - DEPUTAT
13 aprel 20:03
- Azərbaycan gimnastları dünya kubokunda QIZIL MEDAL qazandılar
13 aprel 18:25
- Xalq artisti vəfat etdi
13 aprel 18:14
- Kuba prezidenti: ABŞ-dan qorxmuram, inqilab uğrunda canımı verməyə hazıram
13 aprel 17:11
- Orxan Səttarov Prezidentin Mətbuat katibi təyin edildi
13 aprel 14:27
- Litvanın Azərbaycandakı səfiri KATIN qətliamı ilə bağlı paylaşım etdi
13 aprel 14:18
- Pensiyalar SABAH ödəniləcək
13 aprel 13:11
- ELMİN VƏ HUMANİZMİN VƏHDƏTİ – AKADEMİK ZƏRİFƏ ƏLİYEVA
13 aprel 12:46
- Şahin Şıxlinski və oğluna hökm oxundu
13 aprel 11:58
- Türkiyədən 1 milyard dollar və ölkənin ən gözəl qadınını - Tələb etdi )))))
13 aprel 11:41
- Ürəyinizi saat kimi işlədəcək 12 MÖCÜZƏVİ QİDA
13 aprel 00:18
- Orban uduzdu, müxalifət liderini təbrik etdi
12 aprel 23:56
- Tramp: İranı bir gündə silərəm
12 aprel 23:05
- Xərçəng riskini azaldır
12 aprel 20:08
- İrandakı səfirliyimiz fəaliyyətini bərpa etdi
12 aprel 19:53
- Erməni əsirliyindəki tovuzlu Tamaranın qardaşına MƏKTUBU - Canım sənə qurban, nə olar məni...
12 aprel 16:27
