Mehriban Əliyeva Tbilisidə Azərbaycan Mədəniyyəti Muzeyi ilə tanış oldu (FOTO)
Cəmiyyət6 aprel 2026 19:21
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva aprelin 6-də Tbilisidə Gürcüstan Milli Muzeyində olub.
Qaynarinfo xəbər verir ki, Gürcüstan Milli Muzeyində bu ölkənin tarixinin müxtəlif dövrlərinə aid eksponatlar sərgilənir.
Muzeyin "Gürcüstanda Daş dövrü” ekspozisiyası ölkədə aşkara çıxarılmış ən vacib arxeoloji irsi təqdim edir. İndiyədək Gürcüstanda 500-dən çox Daş dövrü abidəsi qeydə alınıb. Ekspozisiyada Dmanisidə (Kvemo Kartli bölgəsi) aşkarlanan tapıntılar xüsusi yer tutur. Burada təxminən 1,8 milyon il əvvələ aid insan qalıqları və əmək alətləri var. "Arxeoloji xəzinə” ekspozisiyasında isə Gürcüstanda aşkar edilmiş və eramızdan əvvəl III minillikdən eramızın IV əsrinə qədər olan dövrə aid nadir zərgərlik məmulatları nümayiş olunur.
Ekspozisiyalarla tanışlıqdan sonra Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın adından Gürcüstan Milli Muzeyinə "Azərxalça”nın istehsalı olan beş nadir xalçadan ibarət "Mədəni irsə yeni baxış” adlı kolleksiya hədiyyə edildi. Kolleksiya qədim xalça nümunələrinin müasir interpretasiyasını təqdim edir. Kolleksiyaya klassik elementlərin, xüsusilə "Xətai” və "Çələbi” motivlərinin müasir kompozisiyada sintezi olan "Naxçıvan”, Qarabağ xalça məktəbinin zəngin ornamentləri ilə yenidən işlənən "Açma-yumma”, ritmik və təkrarlanan elementlərlə kainat harmoniyasını xatırladan "Qarabağ”, "Bəndi-Rumi” kompozisiyası və Şərq sənət ənənələrinin müasir ifadəsi olan "Ovçuluq” və 2500 illik tarixə malik, dünyanın ən qədim xovlu xalçasının müasir interpretasiyası olan "Pazırık” xalçaları daxildir.
Muzeyin rəhbərliyi hədiyyələrə görə Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya minnətdarlıq bildirdi.
15.46
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva aprelin 6-da Tbilisidə Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi ilə tanış olub.
Qaynarinfo xəbər verir ki, Azərbaycanın birinci xanımına muzey haqqında məlumat verildi.
Muzeyin binası vaxtilə Tbilisidə yaşayan Mirzə Fətəli Axundzadənin vəsaiti ilə inşa edilib. Gürcüstanın azərbaycanlı ziyalılarının müraciətinə əsasən, 1982-ci ildə binada Mirzə Fətəli Axundzadənin ev-muzeyi yaradılıb. 1996-cı ildə Ümummilli Lider Heydər Əliyevin Gürcüstana rəsmi səfərindən sonra bu mədəniyyət ocağı əsaslı təmir olunaraq, həmin vaxtdan mədəniyyət mərkəzi kimi fəaliyyət göstərir.
Gürcüstan Prezidentinin Sərəncamına əsasən, 2007-ci ildə Mərkəzə Azərbaycan Mədəniyyəti Muzeyi statusu verilib və 2013-cü ildə Azərbaycan Respublikasının maliyyə dəstəyi ilə burada əsaslı təmir və yenidənqurma işləri həyata keçirilib. Elə həmin il mayın 8-də keçirilmiş muzeyin açılış mərasimi Ulu Öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunub.
Hazırda muzeyin nəzdində fəaliyyət göstərən mədəniyyət mərkəzində xalçaçılıq, musiqi, o cümlədən muğam, rəsm və dil kursları var.
Əsas məqsədi mədəniyyətimizi və xalqımızın mədəni irsini Gürcüstanda qoruyub saxlamaq və təbliğ etmək olan muzeydə bu ölkədə fəaliyyət göstərən müxtəlif muzeylərin fondlarından Azərbaycanın mədəni irsinə aid əşyalar tədqiq edilir, onların sərgiləri keçirilir.
Burada milli musiqi alətlərimizin və geyimlərimizin, xalq sənətinin müxtəlif sahələrinə aid nümunələrin, M.F.Axundzadənin həyat və fəaliyyətini əks etdirən eksponatların və digər maraqlı əşyaların nümayiş olunduğu 6 ekspozisiya zalı var.
Ekspozisiyada Gürcüstanda yaşayan etnik azərbaycanlılar tərəfindən toxunmuş və Milli Muzeydə saxlanılan ənənəvi xalçalar da təqdim olunur. Onların yaradılma tarixi yüzilliklərə gedib çıxır. Bu xalçaların toplanması və elmi cəhətdən öyrənilməsi XIX əsrin ortalarından – məhz Gürcüstan Milli Muzeyinin hüquqi varisi olduğu "Qafqaz Muzeyi” dövründən başlayır.
Azərbaycan-Gürcüstan dostluğuna həsr olunmuş zalda hər iki ölkənin heykəltaraşlarının xalqlarımızın dostluq münasibətlərini əks etdirən əsərləri, Tbilisi şəhərində Ulu Öndər Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkının, M.F.Axundzadə adına məktəbin və kitabxananın, Bakı şəhərindəki Tbilisi prospektinin və "Dostluq abidəsi”nin fotoşəkilləri yer alıb.
Mədəni tədbirlər və konfransların da keçirildiyi muzeydə Mirzə Şəfi Vazehin 1820-1830-cu illərdə Gəncədə qurduğu "Divani-Hikmət” ədəbi məclisinin fəaliyyətini davam etdirən "Müdriklər Məclisi” yaradılıb. Burada Tbilisi şəhərində yeganə olan Azərbaycan dilində kitabxana və incəsənət qalereyası fəaliyyət göstərir.
Sonra Azərbaycanın birinci xanımı muzeyin xatirə kitabına ürək sözlərini yazdı. Uşaqlar tərəfindən toxunmuş kiçik xalçalar xanım Mehriban Əliyevaya hədiyyə olundu.



Oxşar xəbərlər
- Macarıstanla münasibətlərə zərər gəlməyəcək- Deputat Cavanşir Feyziyev
14 aprel 2026 23:54
- Anar Bayramov TƏBİB-in İcraçı direktoru təyin edildi
14 aprel 2026 20:34
- Kəmaləddin Heydərova iki müavin təyin edildi
14 aprel 2026 19:10
- Qənirə Paşayevanın xatirəsinə reabilitasiya mərkəzi açılır – Qadınlar üçün...
14 aprel 2026 17:30
- İlham Əliyev yeni səfirləri qəbul etdi (YENİLƏNİB)
14 aprel 2026 13:14
- Bu ölkə həm də Şərq ənənələrinə bağlıdır
14 aprel 2026 11:35
- Lalə Şövkət daha siyasətlə maraqlanmır (AÇIQLAMA)
13 aprel 2026 21:11
- Azərbaycan gimnastları dünya kubokunda QIZIL MEDAL qazandılar
13 aprel 2026 18:25
- Xalq artisti vəfat etdi
13 aprel 2026 18:14
- Orxan Səttarov Prezidentin Mətbuat katibi təyin edildi
13 aprel 2026 14:27
Xəbər lenti
- Macarıstanla münasibətlərə zərər gəlməyəcək- Deputat Cavanşir Feyziyev
14 aprel 23:54
- Bakının bəzi ərazilərinə şiddətli dolu yağır
14 aprel 23:37
- Ağsu şəhəri QARANLIQ içindədir, İŞIQLAR yanmır və üstəlik küçələri sahibsiz itlər basıb...
14 aprel 22:45
- Uşaq qidasından həşərat çıxıb? - Nəzarətə götürüldü
14 aprel 21:02
- Anar Bayramov TƏBİB-in İcraçı direktoru təyin edildi
14 aprel 20:34
- Kəmaləddin Heydərova iki müavin təyin edildi
14 aprel 19:10
- Qənirə Paşayevanın xatirəsinə reabilitasiya mərkəzi açılır – Qadınlar üçün...
14 aprel 17:30
- Kılıçdaroğlu barəsində həbs qərarı çıxarıldı
14 aprel 17:09
- İlham Əliyev yeni səfirləri qəbul etdi (YENİLƏNİB)
14 aprel 13:12
- Ermənistana getmərəm, çünki YARAM SAĞALMAYIB... – Aqil Abbas
14 aprel 11:57
- Rus dilində olan kənd adlarını dəyişdirəcəklər
14 aprel 11:44
- Bu ölkə həm də Şərq ənənələrinə bağlıdır
14 aprel 11:35
- ABŞ və İran yenidən masaya oturur: tarix və məkan açıqlandı
13 aprel 23:35
- Lalə Şövkət daha siyasətlə maraqlanmır (AÇIQLAMA)
13 aprel 21:11
- Dövlət xərclərinə nəzarət gücləndirilməlidir - DEPUTAT
13 aprel 20:03
- Azərbaycan gimnastları dünya kubokunda QIZIL MEDAL qazandılar
13 aprel 18:25
- Xalq artisti vəfat etdi
13 aprel 18:14
- Kuba prezidenti: ABŞ-dan qorxmuram, inqilab uğrunda canımı verməyə hazıram
13 aprel 17:11
- Orxan Səttarov Prezidentin Mətbuat katibi təyin edildi
13 aprel 14:27
- Litvanın Azərbaycandakı səfiri KATIN qətliamı ilə bağlı paylaşım etdi
13 aprel 14:18
- Pensiyalar SABAH ödəniləcək
13 aprel 13:11
- ELMİN VƏ HUMANİZMİN VƏHDƏTİ – AKADEMİK ZƏRİFƏ ƏLİYEVA
13 aprel 12:46
- Şahin Şıxlinski və oğluna hökm oxundu
13 aprel 11:58
- Türkiyədən 1 milyard dollar və ölkənin ən gözəl qadınını - Tələb etdi )))))
13 aprel 11:41
- Ürəyinizi saat kimi işlədəcək 12 MÖCÜZƏVİ QİDA
13 aprel 00:18
- Orban uduzdu, müxalifət liderini təbrik etdi
12 aprel 23:56
- Tramp: İranı bir gündə silərəm
12 aprel 23:05
- Xərçəng riskini azaldır
12 aprel 20:08
- İrandakı səfirliyimiz fəaliyyətini bərpa etdi
12 aprel 19:53
- Erməni əsirliyindəki tovuzlu Tamaranın qardaşına MƏKTUBU - Canım sənə qurban, nə olar məni...
12 aprel 16:27
Video & Fotoqalereya
Video
Fotoqalereya
