Gürcüstan Azərbaycanın Tbilisi layihələrindən asılılığının bitdiyini anlayır – Zahid Oruc
Cənubi Qafqaz son illərdə böyük dəyişikliklər yaşayır. Dövlətlərin siyasəti, iqtisadi planları və təhlükəsizlik yanaşmaları yeni reallıqlara uyğun olaraq dəyişir.
Azərbaycanın regiondakı rolu, xüsusilə strateji layihələr və enerji-logistika sahəsindəki təşəbbüsləri qonşu ölkələr üçün yeni imkanlar yaradır. Bu mürəkkəb geosiyasi vəziyyətdə prezident İlham Əliyevin Gürcüstana dövlət səfəri region üçün xüsusi əhəmiyyət kəsb edir. Səfər həm iki ölkə arasındakı münasibətləri gücləndirməyə, həm də Cənubi Qafqazda sabitlik və əməkdaşlıq mühitini inkişaf etdirməyə hesablanıb.
Ölkə rəhbərinin Gürcüstan səfəri ilə bağlı Moderator.az-a Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri, Millət vəkili Zahid Oruc açıqlama verdi.
Deputat vurğuladı ki, Cənubi Qafqaz regionu son illərdə fundamental geosiyasi transformasiya mərhələsinə daxil olub. Xüsusilə, İkinci Qarabağ müharibəsindən sonra yaranan yeni reallıqlar region dövlətlərinin xarici siyasət kursunu, iqtisadi prioritetlərini və təhlükəsizlik arxitekturasını köklü şəkildə dəyişib.

Zahid Oruc bildirdi ki, dəyişikliklər fonunda Gürcüstanın davranışı, eləcə də Azərbaycan–Gürcüstan münasibətlərinin gələcəyi xüsusi diqqət tələb edir. Çünki Cənubi Qafqaz həmişə tektonik areallardan biridir. Məhz ona görə də Azərbaycan lideri, “qlobal layları tərpətdik”, deyir. Faktiki olaraq, ikinci Qarabağ müharibəsi yeni dünya nizamının birinci siqnalıdır:
"İlk növbədə, yaxın tarixi kontekstə nəzər yetirilsə, aydın görünür ki, Gürcüstan son illər xarici siyasətində kəskin dönüş edərək, Mixeil Saakaşvili hakimiyyəti zamanı Qərbə tam inteqrasiya və himayə xəttindən müəyyən mənada uzaqlaşıb. Əvəzində, rəsmi Bakının xəttini təkrarlayan daha balanslı və praqmatik siyasət yürütməyə başlayıb: Gürcüstan həm Qərblə, həm Rusiya ilə, eyni zamanda region ölkələri ilə münasibətlərini daha çevik şəkildə tənzimləməyə çalışır.
Son illərdə Gürcüstanda davamlı etiraz aksiyaları, küçə qarşıdurmaları və siyasi gərginliklər hakimiyyəti ciddi sınaq qarşısında qoysa da, nəticə etibarilə, ölkədə sabitlik əldə olunub. Xüsusilə, “xarici agentlər haqqında qanun” kimi tanınan tənzimləyici addımlar Gürcüstanın daxili siyasətinə kənar təsirləri məhdudlaşdırıb. Eyni zamanda, Avropa strukturlarının uzun illər ərzində Gürcüstanın daxili siyasi kursuna təsir imkanları zəifləyib".
Deputat onu da qeyd etdi ki, hazırda Gürcüstan Ermənistan-Azərbaycan sülh gündəliyindən maksimum fayda əldə etməyə çalışan ölkələrdən biridir və bunu üç əsas istiqamətdə həyata keçirməyə çalışır:
Birincisi, Bakı ilə İrəvan arasında kommunikasiyaların tam bərpa olunmaması fonunda Gürcüstan ehtiyatlı tranzit və ötürücü rolunu qoruyur. Bu ona regionda müəyyən iqtisadi və siyasi üstünlüklər qazandırır. Lakin Tbilisi Zəngəzur istiqamətində açılması planlaşdırılan yeni nəqliyyat qovşaqlarının perspektivlərini də diqqətlə hesablayır. Xüsusilə “Trump yolu” kimi tanınan alternativ marşrutların gündəmə gəlməsi Gürcüstanın əvvəlki “yeganə tranzit qapısı” statusunu itirməsi ilə bağlı müəyyən narahatlıqlar yaradır.
İkincisi, Gürcüstan artıq “Orta dəhliz”də Azərbaycanın aparıcı rolunu tam şəkildə qəbul edir. Bakı yalnız enerji ixrac edən ölkə deyil, eyni zamanda, Avropa ilə Asiyanı birləşdirən əsas logistika mərkəzlərindən birinə çevrilib. Reallıq Gürcüstanı Azərbaycanla daha sıx əməkdaşlığa vadar edir.
Üçüncüsü, Gürcüstan Azərbaycanın ərazi bütövlüyünü hərbi yolla bərpa etməsi fonunda Rusiya ilə münasibətlərində müəyyən güzəştlər əldə etməyə çalışsa da istədiyi nəticəni qazana bilmədi. Nəticədə, yenidən Qərblə münasibətlərin normallaşdırılması xəttinə qayıtmaq məcburiyyətində qaldı, çoxvektorlu siyasət yürütməkdə davam etdi.
Nəhayət, Gürcüstan Türkiyə-Azərbaycan xəttində uzlaşdırıcı və körpü rolunu oynayaraq, maksimum təhlükəsizlik və iqtisadi dividendlər əldə edir. Tbilisi üçün Bakı ilə strateji tərəfdaşlıq alternativsiz olaraq qalır".
Millət vəkili qeyd etdi ki, məhz belə mürəkkəb və çoxşaxəli geosiyasi şəraitdə prezident İlham Əliyevin 6 aprel 2026-cı il tarixində Gürcüstana dövlət səfəri xüsusi əhəmiyyət kəsb edir. Bakı Qələbədən sonra qurmağa çalışdığı yeni geosiyasi arxitekturaya uyğun olaraq, Tblisi ilə təkcə ikitərəfli münasibətlərin inkişafı deyil, həm də regionda yeni geosiyasi konfiqurasiyanın formalaşdırılması üçün strateji addımlar atır:
"Səfər göstərdi ki, Azərbaycan regionda yalnız iqtisadi deyil, daha çox siyasi və təhlükəsizlik baxımından əsas təşəbbüskar qüvvədir. İşğal dövrünün arxada qalması Bakını dominant rola sahib edib. İlham Əliyevin yürüdüyü siyasət Cənubi Qafqazda çoxəsrlik qarşıdurmadan hamının qazanacağı əməkdaşlığa keçidi təmin edən siyasətdir. Xüsusilə, hazırkı qlobal gərginlikdə-Yaxın Şərqdə artan qarşıdurmalar, böyük güclər arasında rəqabət və enerji təhlükəsizliyi ilə bağlı risqlər fonunda Azərbaycan sabitlik ixracatçısına çevrilib. Ölkəmiz heç vaxt öz ərazisini böyük güclərin toqquşma meydanına çevirməyib, hərbi bazaların olmadığı tək ölkədir, hərbi bloklara qoşulmayıb və forpost deyil, əksinə, dialoq və əməkdaşlıq platforması kimi çıxış edir.
Nəticə etibarilə, İlham Əliyevin Gürcüstana səfəri yeni mərhələnin başlanğıcıdır: regional inteqrasiyanın dərinləşməsi, alternativ nəqliyyat xətlərinin inkişafı və Cənubi Qafqazda uzunmüddətli sülhün təmin olunması ilə xarakterizə olunur. Azərbaycan artıq təkcə regionun deyil, daha geniş geosiyasi məkanın gələcəyini müəyyən edən əsas aktorlardan biridir".
Zahid Oruc vurğuladı ki, mediada zaman-zaman hakim “Gürcü Arzusu” hökümətinin tranzit və logistika sahəsində ölkəmizə müəyyən çətinliklər yaratdığı ilə bağlı iddialar səslənir. Məsələyə daha geniş geosiyasi və iqtisadi kontekstdən yanaşmaq lazımdır:
"Reallıqda Gürcüstan artıq Azərbaycanın yalnız bir istiqamətdən-Tbilisi üzərindən keçən strateji layihələrdən asılılığı dövrünün başa çatdığını yaxşı anlayır. Zəfərimiz təkcə ərazi bütövlüyünə və siyasi suverenliyin tamlığına səbəb olmayıb, həm də geosiyasi təsir dairəmizi genişləndirib. Nəticədə, regionda yeni nəqliyyat-logistika konfiqurasiyaları formalaşır və obyektiv proses qarşısıalınmazdır. Eyni zamanda, Gürcüstanın xarici güclərin geosiyasi oyunlarını tam miqyasda həyata keçirəcək resurslara malik olmadığı da aydındır. Azərbaycanla əməkdaşlıq onun üçün alternativsiz strateji xətt olaraq qalır.
Prezident İlham Əliyev Cənubi Qafqazda yeni siyasi və iqtisadi arxitekturanın əsas memarı kimi çıxış edir. Onun siyasəti region xalqlarını tarixi qarşıdurma mərhələsindən çıxararaq, əməkdaşlıq və rifah modelinə yönəltməyə hesablanıb. Mövcud yanaşma təkcə milli maraqlara deyil, bütövlükdə regionun sabitliyinə xidmət edir. Tarixi mənada Ənvər Sədatın regionda sülhə nail olmaq üçün o dövrdə İsrail və ərəb ölkələri arasında uzun on illiklərin düşmənçiliyini durudurmasına bənzər siyasətə regionun əlahiddə ehtiyacı var. Həmin tarixi xətt Kemp-Devid razılaşmalarına gətirib çıxarmışdı və Qafqazlarda daha çətin missiyanı Əliyevin barış kursu gerçəkləşdirir".
Deputat sonda onu da qeyd etdi ki, bəzi yanaşmalarda Gürcüstanın Zəngəzur istiqamətində açılan yeni kommunikasiyalara dolayısı ilə təsir göstərmək niyyəti qeyd olunsa da, praktiki baxımdan bunun reallaşdırılması üçün yetərli imkanlarının olmadığı mütləqdir. Əksinə, Azərbaycan rəhbərliyi Gürcüstanı öz strateji planlarının ayrılmaz hissəsinə çevirməyi bacarıb və regionda xaotik geosiyasi ssenarilərin qarşısını alır:
"Bununla yanaşı, Azərbaycan–Gürcüstan münasibətlərinin tarixi əsasları da kifayət qədər möhkəmdir. Xüsusilə, 2008-ci il Rusiya–Gürcüstan müharibəsi zamanı Azərbaycanın liderinin cəsarətli və əsil qafqazlı kişilərə məxsus comarəd davranışları, Avropadan gələn 5 prezidenti Gəncə üzərində Tbilisiyə göstərdiyi dəstək və həyata keçirdiyi siyasət gürcülər tərəfindən yüksək qiymətləndirilir. Bu amil iki xalq arasında qarşılıqlı etimadı gücləndirən mühüm faktor kimi qalır.
Nəticə etibarilə, mövcud çağırışlara baxmayaraq, Azərbaycan–Gürcüstan iqtisadi əməkdaşlığı strateji xarakter daşımaqda davam edəcək. Yeni logistika marşrutlarının yaranması münasibətləri zəiflətmir, əksinə daha şaxəli və dayanıqlı əməkdaşlıq modelinə keçidi təmin edir. Bu isə bütövlükdə regionda sabitliyin və iqtisadi inkişafın əsas təminatlarından biridir. Gürcüstan Azərbaycanın yalnız bir istiqamətdən-Tbilisi üzərindən keçən strateji layihələrdən asılılığı dövrünün başa çatdığını yaxşı anlayır”.
- Macarıstanla münasibətlərə zərər gəlməyəcək- Deputat Cavanşir Feyziyev
14 aprel 2026 23:54
- Ermənistana getmərəm, çünki YARAM SAĞALMAYIB... – Aqil Abbas
14 aprel 2026 11:57
- Bu ölkə həm də Şərq ənənələrinə bağlıdır
14 aprel 2026 11:35
- Azərbaycan gimnastları dünya kubokunda QIZIL MEDAL qazandılar
13 aprel 2026 18:25
- İrandakı səfirliyimiz fəaliyyətini bərpa etdi
12 aprel 2026 19:53
- Mehriban Əliyevadan Pasxa bayramı münasibətilə - Paylaşım
12 aprel 2026 10:14
- Mənə nə var, səndə hansı rejimdir? – komitə sədrindən sensasion açıqlamalar
11 aprel 2026 19:19
- Bakıda Ayətullah Seyid Əli Xameneinin anım mərasimi keçirilib
10 aprel 2026 23:32
- Bakıda Azərbaycan və Almaniya arasında siyasi məsləhətləşmələr keçirildi
10 aprel 2026 20:51
- Şənbə günü 20° isti olacaq
10 aprel 2026 17:23
- Macarıstanla münasibətlərə zərər gəlməyəcək- Deputat Cavanşir Feyziyev
14 aprel 23:54
- Bakının bəzi ərazilərinə şiddətli dolu yağır
14 aprel 23:37
- Ağsu şəhəri QARANLIQ içindədir, İŞIQLAR yanmır və üstəlik küçələri sahibsiz itlər basıb...
14 aprel 22:45
- Uşaq qidasından həşərat çıxıb? - Nəzarətə götürüldü
14 aprel 21:02
- Anar Bayramov TƏBİB-in İcraçı direktoru təyin edildi
14 aprel 20:34
- Kəmaləddin Heydərova iki müavin təyin edildi
14 aprel 19:10
- Qənirə Paşayevanın xatirəsinə reabilitasiya mərkəzi açılır – Qadınlar üçün...
14 aprel 17:30
- Kılıçdaroğlu barəsində həbs qərarı çıxarıldı
14 aprel 17:09
- İlham Əliyev yeni səfirləri qəbul etdi (YENİLƏNİB)
14 aprel 13:12
- Ermənistana getmərəm, çünki YARAM SAĞALMAYIB... – Aqil Abbas
14 aprel 11:57
- Rus dilində olan kənd adlarını dəyişdirəcəklər
14 aprel 11:44
- Bu ölkə həm də Şərq ənənələrinə bağlıdır
14 aprel 11:35
- ABŞ və İran yenidən masaya oturur: tarix və məkan açıqlandı
13 aprel 23:35
- Lalə Şövkət daha siyasətlə maraqlanmır (AÇIQLAMA)
13 aprel 21:11
- Dövlət xərclərinə nəzarət gücləndirilməlidir - DEPUTAT
13 aprel 20:03
- Azərbaycan gimnastları dünya kubokunda QIZIL MEDAL qazandılar
13 aprel 18:25
- Xalq artisti vəfat etdi
13 aprel 18:14
- Kuba prezidenti: ABŞ-dan qorxmuram, inqilab uğrunda canımı verməyə hazıram
13 aprel 17:11
- Orxan Səttarov Prezidentin Mətbuat katibi təyin edildi
13 aprel 14:27
- Litvanın Azərbaycandakı səfiri KATIN qətliamı ilə bağlı paylaşım etdi
13 aprel 14:18
- Pensiyalar SABAH ödəniləcək
13 aprel 13:11
- ELMİN VƏ HUMANİZMİN VƏHDƏTİ – AKADEMİK ZƏRİFƏ ƏLİYEVA
13 aprel 12:46
- Şahin Şıxlinski və oğluna hökm oxundu
13 aprel 11:58
- Türkiyədən 1 milyard dollar və ölkənin ən gözəl qadınını - Tələb etdi )))))
13 aprel 11:41
- Ürəyinizi saat kimi işlədəcək 12 MÖCÜZƏVİ QİDA
13 aprel 00:18
- Orban uduzdu, müxalifət liderini təbrik etdi
12 aprel 23:56
- Tramp: İranı bir gündə silərəm
12 aprel 23:05
- Xərçəng riskini azaldır
12 aprel 20:08
- İrandakı səfirliyimiz fəaliyyətini bərpa etdi
12 aprel 19:53
- Erməni əsirliyindəki tovuzlu Tamaranın qardaşına MƏKTUBU - Canım sənə qurban, nə olar məni...
12 aprel 16:27
